Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfalı meyvə və TərəvəzlərQoz

Qozun müalicəvi əhəmiyyəti hələ qədim zamanlardan məlumdur. 17-ci əsrdə hərbi həkimlər onun yarpaqlarını yara sağaldan vasitə kimi işlədirdilər.
Qoz ağaclarının altının və ətrafının havası ağciyər xəstəliklərində – bronxial astmada, vərəmdə, xroniki sətəlcəmdə (ağciyər iltihabı) müalicəvi təsirə malikdir.
Qədim zamanlarda xalq təbabətində qoz yarpaqları və yetişmiş qoz qabıqları – sinqada, isalda, diş ağrısında, revmatizmdə və ginekoloji, böyrək, ürək, sidik kisəsi xəstəliklərində, stomatitdə, anginada, aterosklerozda, avitaminozda, şəkərli diabetdə, babasil və damaq qanaxmalarında istifadə edilirdi.
Bu deyilənlərdən görünür ki, əgər biz qoz mürəbbəsi yeyiriksə, özümüz də hiss etmədən özümüzü bu sayılan xəstəliklərdən müəyyən dərəcədə müalicə edirik.
Bir kiloqram qoz ləpəsi 8500 kal. malikdir. Kaloriliyinə Ardı »

Şəfalı meyvə və TərəvəzlərGicitkan...

Gicitkan çoxillik bitki olub, 100-120 sm hündürlüyündə rast gəlinir. Tərkibində aşılayıcı maddələr, zülallar, qarışqa turşusu, pantoten turşusu, K, C vitaminləri, karotinoidlər, dəmir duzları, xlorofill, mum vardır.
Gicitkanın əsastəsiri tərkibindəki dəmir duzları və vitaminlərlə bağlıdır. Bu bitki lipid (yağ) mübadiləsini normallaşdırır, eritrositlərin yaranmasına stimulə edici təsir göstərir. Yarpaqlarının tərkibindəki K vitamini qaraciyərdə laxtalanma faktorlarından birinin –protrombinin əmələ gəlməsini stimulə edir.bundan başqa, gicitkanın müalicəvi növləri öd qovucu, iltihabı kəsici, mədə-bağırsaq traktının selikli qişasını regenerasiya edici xüsusiyyətlərə malikdir. Bundan başqa, onun damar daraldıcı effekti də vardır.
Uzun illərdir ki, gicitkanın dəmləməsi və ekstraktını ağciyər, qaraciyər, uşaqlıq, bağırsaq qanaxmalarında istifadə edirlər. Qanyaradıcı, bərpaedici xüsusiyyətlərinə görə, yerli Ardı »

Şəfalı meyvə və TərəvəzlərNoxudun faydaları

Noxud kiçik olsa da insan sağlamlığının keşiyində duran bitkilərdəndir. Əgər bədəninizdə olan C vitamini ehtiyatını doldurmaq istəyirsinizsə, depressiyanı özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, qəlbinizi qorumaq istəyirsinizsə yaşıl noxudları yeməkdən qafil olmayın.

C vitaminifaydalı noxud
90 qram yaşıl noxud bizim C vitamininə olan gündəlik ehtiyacımızın 50 %-ni ödəyir. C vitamini bədən əzələlərinin böyüməsi və həm də kollagen əmələ gətirməsi üçün zəruridir. Kollagen əzələlərə, dəriyə lazım olan proteyindir. Kollagen olmasa, əzələlərin işi ləngiyər. Bununla yanaşı C vitamini daha çox dəmirin cəzb olunması üçün lazımlıdır. Bədənimiz bu vitamini əmələ gətirə bilmir və saxlaya bilmir. Ona görə də hər gün bu vitamini qəbul etməyimiz şərtdir. Yaşıl noxud da bu Ardı »

Şəfalı meyvə və TərəvəzlərOtaq bitkilərinin bu ziyanını bilirdinizmi

Çox vaxt evin havası təmiz olmur, belə ki, qapalı yerlərdə müxtəlif toksik maddələr toplanır.
Bu toksik maddələr yuyucu, ətir vasitələrindən, siqaretdən və s. ayrılır. Eləcə də kompüterlər, mobil telefonlardan olan şüalanma da sağlamlığa mənfi təsir göstərir. Bütün bu problemlərlə otaq bitkiləri mübarizə aparmağa kömək edir. Həm də dibçək gülləri əhvalı yüksəldir, gözəl görünür. Lakin bu bitkilərin arasında da sağlamlığa mənfi təsir edənlər və ya sadəcə, düzgün seçilmədiyi, saxlanmadığı üçün tez solanları var.



Bakı sakini Nüşabə Abbasovanın sözlərinə görə, bitki mağazalarda yaxşı görünsə də, evə gətirdikdən bir həftə sonra solmağa başlayır. «Müxtəlif yerlərdən otaq bitkiləri almağıma baxmayaraq, nəticə eyni olur. Xüsusilə də çiçəkli bitkilər Ardı »

Şəfalı meyvə və TərəvəzlərQarpız.

Qarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.

Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.

Qarpız qara ciyər üçün çox xeyirlidir. Qarpız şirəsi qara ciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir.

Qarpızın tumları bağırsaqları qurdlardan təmizləyir.

Tərkibində maqnezium mikroelementinın miqdarına görə qarpız badamdan sonra ikinci yer tutur. Qidada maqneziumun xroniki çatışmazlığı təzyiqinin artmasına gətirib çıxarır.

Bundan əlavə maqnezium böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, bağırsaqların Ardı »

Şəfalı meyvə və TərəvəzlərXurma..

Xurmanın tərkibində kalsium, maqnezium, natrium, dəmir, kalium, kükürd, xlor və fosfor mineralları, xurmahəmçinin A, C və B qrupu vitaminləri var. Gündə 2 ədəd xurma yeməklə həzm probleminin, zəifliyin, iştahasızlığın, ürək ağrılarının, ürəkbulanmanın və hətta xərçəng başda olmaqla, bir çox xəstəliklərin qarşısını almaq olar.

Xurma körpə və uşaqlarda sağlam böyüməni, inkişafı təmin edir. Tərkibində oksitosin hormonuna bənzəyən maddə olduğundan ana südünün miqdarını artırır, gözlərin sağlamlığı üçün əhəmiyyətli olan beta-karotenlə zəngindir. 1 stəkan suya 2 ədəd xurma əlavə edib, bir gecə saxladıqdan sonra acqarına yedikdə qəbizliyi aradan qaldırır. Kalori və qida dəyəri yüksək olan xurmanın 60 faizi şəkərdir. Xurma bədəndəki toksik maddələrin xaric edilməsini Ardı »

Şəfalı meyvə və TərəvəzlərZirinc

Zirinc dərman bitkisi kimi qədim zamanlardan məlumdur. Misirdə qazıntılar zamanı tapılan yazılarda bizim eradan 650 il əvvəl zirincin meyvələrini «Qan təmizləyən» kimi göstərmişlər. Bu bitkinin müalicəvi əhəmiyyəti hələ bundan əvvəl Hindistanda məlum idi. Təcrübələrlə müəyyən ediblər ki, zirincin dərmanları ödün axınını yaxşılaşdırır, ağrı və iltihab prosesini azaldır.

Bolqarıstanda qabıqları və kökləri qaraciyər xəstəliklərində, qaraciyərdə daş olanda, sarılıqda, böyrək iltihabında, revmatizmdə və radikulitdə istifadə edilir.

Amerikada zirincin dərmanları qaraciyər və öd kisəsi xəstəliklərində müalicə vasitəsi kimi işlədilir.

Fransada zirincin meyvələri həzm orqanlarının fəaliyyətini stimullaşdıran və arteriya təzyiqini aşağı salan vasitə kimi tətbiq edilir.

İngiltərədə zirinc daxili qanaxmaları kəsən vasitə kimi işlədilir. Meyvələri Ardı »

Şəfalı meyvə və TərəvəzlərBadam

Xalq təbabətində badam ləpəsi qan azlığında, bronxial asmada və yuxusuzluqda işlədilir. Badam yağı ürək və qulaq ağrısında, sətəlcəmdə, iltihabda və boğaz ağrısında faydalıdır. Badamda xüsusi maddə vardır ki, o orqanizmin hüceyrələrini qoruyur və onları sağlam saxlayır.

Yataq yarasında badam yağı bədənin xaricinə çəkilir. Badam orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Şərq təbabəti təsdiq edir ki, badam və əncirin qarışığı jenşenin bütün faydalı xassələrini üstələyir. Badam şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni yaxşılaşdırır. Badam sevənlər üçün yaxınlaşan qocalıq qorxulu deyildir. Badamı sevənlər istənilən yaşda özlərini gümrah, cavan və yüngül hiss edir.

Ardı »