Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarTibbdə yeniliklər

İnsulin iynəsinə son
Tibb sahəsi nanotexnologiyanı sevdi. Nanotexnologiya indi də diabet sahəsini təsiri altına aldı. Hər il milyonlarla insanın əziyyət çəkdiyi şəkər xəstəliyinin müalicəsi üçün insulin həbləri istehsal edildi. Bu həblər insulin iynəsindən istifadə edilməsinə son verəcək və gündəlik iynədən daha təsirli olacaq, bədəndəki qlükoza nisbətini tarazlayacaq.

Yaşlanmağı gecikdirən elmi tədqiqat
Amerikalı elm adamları laboratoriya mühitində yaşlanmağa səbəb olan hüceyrə fəaliyyətlərini qismən də olsa dayandırmağı bacardı.
ABŞ-da elm adamları laboratoriya mühitində siçanlar üzərində apardıqları təcrübələrdə qırışlar, əzələ toxumasının zəifləməsi və katarakt kimi yaşlanma əlamətlərini ortadan qaldırmağı bacardılar.
“Nature” jurnalında nümayiş olunan araşdırmaya görə, elm adamları “yaşlı hüceyrələri”, yəni artıq bölünməyən və yeni hüceyrə Ardı »

Maraqlı MelumatlarDəhşətli edam cəzaları

Fillə tapdalama
Bu üsuldan əsasən, Hindistan və ona qonşu olan ölkələrdə istifadə olunub. Edam zamanı məhkum yerə uzadılaraq əli və ayaqları bağlanır, üstündən fillər keçirilirdi.

Bu üsul ölümlə yanaşı, işgəncə üçün də istifadə olunurdu.

Ata qoşub dartmaq
Cəzalandırılan şəxsin əl və ayaqlarını 4 ata qoşub hər atı bir istiqamətdə sürürdülər. Xüsusi ağır cinayətlər zamanı bu üsuldan istifadə olunurdu. Bu üsul Asiya ərazisində, xüsusilə qədim Hindistanda fillər vasitəsilə yerinə yetirilirdi. Metoddan ölümlə yanaşı, işgəncə üçün də istifadə edirdilər. Azərbaycan nağıllarına inansaq, bizdə cəza olaraq, insanı qatırın və ya atın quyruğuna bağlayıb sürüyürdülər.

Suda boğma
Bunun üçün məhkumun əl-qolunu bağlayıb suya atırdılar. Bu üsul Azərbaycanda 19-cu əsrdə rus zülmünə Ardı »

Maraqlı Melumatlar11 Sentyabr nəzəriyyələri

ABŞ-da 2011-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin ekiz binalarına edilmiş təyyarə hücumlarından 10 il keçsə də, bu faciəvi olay ətrafında mübahisələr səngimək bilmir.

Hücumun araşdırılması ilə bağlı açıqlanan yeni hesabatlar "qaranlıq" qalan məqamlara aydınlıq gətirən kimi, yeni konspirasiya nəzəriyyələri də peyda olur.

Hazırda rəsmi təhqiqatların nəticələrini sual atına konspirologiya tərəfdarlarının 5 əsas nəzəriyyəsinə rast gəlmək olar.

1. Ticarət Mərkəzinə istiqamətlənən təyyarələrin uçuşuna niyə müdaxilə olunmayıb?

Sual: Qaçırılan təyyarələrin uçuşuna dünyada ən qüdrətli ABŞ aviasiyasının müdaxilə edə bilməməsi necə mümkün olub?

Konspiroloqlar: Amerikanın o zamankı vitse-prezidenti Dick Cheney (Dik Çeyni) uçuşa müdaxilə etməmək əmri verib.

Rəsmi araşdırmanın nəticələri: Pilot heyətinin qətlə yetirilməsi və təyyarələrin yerdən tanınmasını təmin Ardı »

Maraqlı MelumatlarÇində 12 ən "inadkar" ev (FOTOLAR)

Çində 12 ən

Bəzən yeni məhəllələr və ya yolların tikintisi zamanı bəzi sakinlər evlərini tərk etməkdən imtina edirlər və nəticədə onların binaları toxunulmaz qalır. Amma bu binalar yeni tikililərin fonunda həddindən artıq çox nəzərə çarpır.

+

Çjen Meyzu qismən dağılan evdə yaşayır, halbuki evə su və elektrik enerjisi verilişi artıq bir ildir ki, kəsilib. Ruyan, Çjetszyan əyaləti.

+

2013-cü il aprelində Çinin mərkəzi hissəsində İçan şəhərində tikinti meydançasındaiki tənha ev təcrid olunmuş vəziyyətdə qalıb. Elektrik enerjisi və suyu dəfələrlə kəsilməsinə baxmayaraq insanlar evlərini tərk etmək istəmirlər

+


Tikinti fəhləsi 2014-cü ildə Tszyansu əyalətində, Çançjou şəhərində 75 yaşlı Yao Baohuanın evinə baxır.

+


2007-ci ildə Çinin cənub-qərbində Çuntsin şəhəri mərkəzində tikinti çuxurunda Ardı »

Maraqlı MelumatlarBeyin stimulyatoru- göy rəng

Beyin fəaliyyətini stimullaşdıran ən güclü vasitə qəhvə hesab olunurdu. İsveç alimləri buna alternativ vasitə axtarmaqla məşğul idilər. Təəcüblü olsa da, belə stimulyatorun göy rəng olduğu müəyyən edilib.

12 idman həvəskarı və bir o qədər sadə vətəndaşın iştirakı ilə keçirilən bir neçə eksperiment bunu təsdiqləyib. Təcrübə nümunələri əsasında məlum olub ki, ağ, eləcə də göy rəngin beyinə təsiri, təxminən 240 milliqram miqdarda kofeinin təsirinə bərabərdir.

Əldə edilən nəticələr göstərib ki, yaşayış məkanında göy rəngdən geniş istifadə beyin fəaliyyətinin güclənməsinə və düzgün qərarlar verməyə kömək edir.
Eksperiment zamanı iştirakçılar qarşısında müxtəlif tapşırıqlar qoyulub. Həmin tapşırıqların həlli zamanı iştirakçılara qəsdən mane olunub, yayındırıcı suallar verilib, bir Ardı »

Maraqlı MelumatlarAlçanı duzlayaraq yeməyin

A, B1, B2, B3, B6, C, E vitamini və kalium və maqneziumla zəngin olan alça həzm sistemi xəstəliklərinin qarşısını alır, qəbizliyi aradan qaldırır.

Qaraciyər, ürək, böyrək və revmatizm xəstəlikləri üçün əsl şəfa mənbəyi olduğu üçün alçadan bol-bol istifadə etmək lazımdır.

Bundan başqa, alça şəkər xəstəliyinin də qarşısını alır. Bütün meyvələr kimi alçanı da yaxşıca yuduqdan sonra yeyin. Lakin alçanı duzlayıb yemək məsləhət deyil, çünki hipertoniya və böyrək xəstəliklərinə səbəb olur. Ardı »

Maraqlı MelumatlarQurd Bacılar

Hindistanın Maharaştra Əyalətinin Pune şəhəri yaxınlarında kiçik bir kənddə yaşayan 3 bacı «Qurd adam sindromu» səbəbindən çölə çıxa bilmirlər.
Üzləri və bədənləri tüklərlə örtülü olan «qurd bacılar» Savita (23 yaş), Monişa (18 yaş) və Savitri Sanqli (16 yaş) çölə çıxanda yoldaşları tərəfindən ələ salındığını deyirlər. Tüklərdən xüsusi bir kremlə müvəqqəti olaraq xilas olan 3 bacının ən böyük istəyi isə lazer müalicəsi ilə tüklərdən xilas olmaqdır.
Qurd bacılar «Pulumuz olmadığı üçün müalicə ala bilmirik. Xahiş edirik imkanlı şəxslər bizə kömək əli uzatsın» deyir. Gənc qızlar tüklərindən xilas olduqdan sonra evlənmək istəyir.

P.S Allah köməkləri olsun.Amin Ardı »