Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarDondurmanı kim fikirləşib?

Həqiqətən də görəsən hər bir kəsin rədd edə bilməyəcəyi şirniyyat olan dondurmanı kim fikirləşib? Bu məsələ amerikalılar, fransızlar və italyanlar arasında daimi mübahisəli məsələyə çevrilib. Lakin doğrudan da ilk dondurma satan müəssisə Amerikada açılıb, onun əsasını qoyan isə 1770-ci ildə İtliyanın Qenuya şəhərindən emiqrant olan bir italyan olub. Fransızlar isə iddia edirlər ki, hələ onlar 100 illər əvvəl dondurma istehsal etməyə başlayıblar. 1676-cı ildə fransız konditeri ilk dondurma şirkətini yaradıb.
Əslində həqiqətə qalsa tarixçilər dondurmanın yaradıcılarının əsgərlər olduğunu iddia edirlər və bu antik dövrə təsadüf edir. Onlar dondurmadan şirniyyat kimi yox, yaşamaq üçün qida kimi istifadə edirdilər. Makedoniyalı İsgəndərin əsgərləri isti şlkələrdə Ardı »

Maraqlı MelumatlarSemiramidanın asma bağları

Dünyanın möhtəşəm mədəniyyət abidələrindən söz düşəndə Şərq ölkələri göz önünə gəlir. Bu ölkələrdə tarix boyu bənzərsiz sənət inciləri yaradılıb. Təəssüf ki, zamanın acı yelləri əsdikcə bu abidələrin çoxu yox olub.

Vaxtilə “dünyanın yeddi möcüzəsindən biri” olmuş Semiramidanın asma bağları da bu aqibəti yaşayıb. Eradan əvvəl IV əsrdə bu sənət incisi yaradılanda Babilistan dövləti özünün qürub çağını yaşayırdı...

Bu memarlıq abidəsini Babil hökmdarı Novuxodonosor saldırıb. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə Ardı »

Maraqlı MelumatlarSelfi psixi xəstəlik imiş

Hələ ki, müalicəsi yoxdur!

Amerika Psixatrlar Assosialsiyası selfinin – öz şəklini mobil telefonla çəkməyin- psixi pozğunluq olduğunu rəsmən bəyan etdi.

Psixatrların fikrincə, daim özünün fotoşəkillərini çəkmək özünəhörmət hissinin itməsini qarşılamaqdan irəli gəlir.

Mütəxəssislər xəstəliyin üç mərhələsini müəyyən ediblər. xəstəliyin ən ağır mərhələsi xroniki mərhələdir ki, bu mərhələdə insan gecə-gündüz öz şəklini çəkir və fotosunu gündə 6 dəfədən az olmamaqla internetə yerləşdirir. Xəstləikdən müalicə metodları hələlik bəlli deyil. Ardı »

Maraqlı MelumatlarDoğru bildiyimiz səhvlər

NTV nəşrlərindən çıxan 'cahillikləri kitabı' doğru bildiyimiz səhvləri ortaya qoyur.

Dünyanın ətrafını gəzən ilk insan kimdir?
Zənci Henry. Ferdinand Magellan dünyanın ətrafındakı dövrünü əsla tamamlaya bilmədi. 1521-ci ildə Filippində hələ turun yarısındaykən öldürüldü.
Magellan 1511-ci ildə Portuqaliyadan çıxıb Hind okeanını keçərək əvvəl Uzakdoğu'yu ziyarət etdi. Zənci Henryin 1511-ci ildə Malayziyadakı bir qul bazarında tapdı və onu gəldiyi yoldan Lissabona apardı. 1519'da çıxılan dünya dövrü cəhdi də daxil olmaq üzrə bundan sonrakı bütün səfərlərində Zənci Henry Magellanın yanında getdi. Bu səfər digər istiqamətdən yəni Atlas Okeanını və Böyük Okeanın keçərək reallaşdı buna görə 1521-ci ildə Uzaq şərqə çatdıqlarında Zənci Henry dünyanın ətrafını tam olaraq Ardı »

Maraqlı MelumatlarÇörək ilk dəfə necə bişirilib?

Çörək ilk dəfə necə bişirilib?

Dünyanın hər yerində ayrı-ayrı millətlər, müxtəlif ölkələrdə, cürbəcür qablarda, cürbəcür yeməklər yeyirlər. Amma çörəyi hamı yeyir. Elə bir adam yoxdur ki, onun yaşadığı yerdə çörək yeyilməsin. Hələ ibtidai icma dövründə adamlar taxıl yeyirdilər. Sonralar onlar iki daş vasitəsilə taxılı döyüb un şəklinə saldılar. Üç min il bundan qabaq ilk dəfə misirlilər undan çörək bişirdilər. Onlar bunu belə edirdilər. Una su qatıb xəmir yoğurur, sonra isə onu təndirdə bişirirdilər. Ardı »

Maraqlı MelumatlarYekəqarın kişilərin yaddaşı zəif olur

“Scientific Amerikan” jurnalında dərc olunmuş elmi araşdırmaların nəticəsi, qarında piyin yığılması ilə yaddaş zəifliyinin arasında bağlılığın olmasını deməyə imkan verir, həmçinin, qarın nahiyəsində piy yığılan adamlarda “demensiya” (qocalara xas, yaddaş, nitq, beyin funksiyalarının pozğunluğu) xəstəliyi daha tez-tez rast gəlinir. Piylənmənin yaddaşa mənfi təsiri hələ 2010 – cu ildə aşkarlanmışdı, lakin alimlər bu prosesin mexanizmini tam aydın müəyyən edə bilməmişdilər.

Son araşdırmalara əsasən, qarın nahiyəsində olan piyin yandırılması zamanı, insanın ciyəri zülaldan istifadə edir, zülal isə öz növbəsində yaddaşın formalaşmasında və fəaliyyətində iştirak edən komponentdir. Piy çox olanda isə, ciyər çatışmayan komponentləri digər orqanlardan almaqla kompensasiya edir, bu orqanların arasında, ürəyi, əzələləri, böyrəkləri Ardı »

Maraqlı MelumatlarNiyə Aya baxanda salavat çevirirlər?

Ay Həzrət Mühəmməd Peyğəmbərin (s) ən məşhur möcüzələrindən birinin – şəqqül-qəmər möcüzəsinin obyektidir.

Vaxtilə Məkkə müşrikləri o həzrətin peyğəmbərliyinin sübutu kimi tələb etmişdilər ki, göydəki Ayı iki yerə bölsün. Peyğəmbərin duasından sonra Onun barmaq işarəsi ilə Allah göydəki Ayı iki yerə böldü. Bu möcüzənin hansı formada həyata keçməsi barədə müxtəlif fikirlər var. Bəzilərinin fikrincə, Allahın əmri ilə Məkkə müşriklərinin gözündə Ay iki yerə parçalanmış kimi görünmüş, sonra əvvəlki hala qayıtmışdı. Müsəlmanlar bu möcüzənin xatirəsi ilə Aya baxanda Peyğəmbərin ruhuna salavat deyirlər.

Həmçinin dini mənbələrdə Peyğəmbərin çöhrəsi gözəllik əlaməti olaraq 14 gecəlik Aya (bədr) bənzədilir. Müsəlmanlar Aya baxanda o həzrətin çöhrəsini görürmüş Ardı »

Maraqlı MelumatlarSaat niyə sağa doğru hərəkət edir ?

İlk olaraq qədim Misirlilər günəşin hər gün nizamlı olaraq bir yerdə doğulub, müəyyən zamanlarda səmanın eyni nöqtələrində görünüb batdığını müşahidə etdilər və bu hadisənin bir günün vaxtını bölmədə yararlı olacağı qənaətinə gəldilər. Beləcə günəşin bu hərəkətindən faydalanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, yüksək bir yerə böyük bir daş qoymaqdan və günəşin hərəkəti əsasında bu daşın kölgəsini izləməkdən ibarət idi.
Misir coğrafi mövqeyi baxımından şimal yarım kürədə, lakin ekvatora da yaxın bir ölkə olduğundan, günəş doğulduğunda, kölgə daşın qərbində (solda) meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş qərbində şərq istiqamətinə çatırdı. Yəni kölgə bu günki saatların Ardı »