Dahilerin sözleri → Emi Uaynhausun həyatdan öyrəndikləri
Mənə heç kimin köməyi lazım deyil. Özüm özümə kömək etməsəm, heç kim edə bilməz.
Yaşıdlarımın əksəriyyəti vaxtını gələcək beş ildə nələr edəcəklərini düşünməklə keçirirlər. Bax, həmin vaxtı mən içərək keçirirəm.
Bir ara içkiyə çox aludə olmuşdum. İçki ilə hər şey daha yaxşı görünür axı. Guya bir qədəh şərabla televizora baxırsan, bir qədəh şampanla nahar edirsən.
Ancaq öz başıma gələn şeyləri yazmışam. O şeyləri ki, mən asanlıqla keçmişdə basdıra bilmirəm. Şükür ki özünüməhvə meylliyəm, ona görə mahnılarım üçün həmişə mövzu tapılır.
Dindar deyiləm. Halbuki, bilirəm, inam insanlara güc verir. Ancaq taleyə inanıram, heç nəyin səbəbsiz baş vermədiyinə əminəm.
Mahnı yazmaq – təmtəraqlı qonaqlığa getmək kimidir. Gərək Ardı »