Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiler haqqındaHəkimlər kişilərdə saç tökülməsinin səbəbini açıqlayıb

Amerika alimləri iddia edirlər ki, onlar kişi dazlaşmasının səbəbini dəqiqləşdiriblər. "Journal of Clinical Investigation" nəşrində dərc edilən məqalədə,
ekspert qrupu öz araşdırmaları barədə məlumat yayımlayıblar. Onlar belə hesab edir ki, iş köhnə saçların yerinə çıxan yeni saçların çatışmamazlığında deyil.
BBC - nin verdiyi məlumata görə alimlər, dazlaşmadan şikayət edən xəstələrin saç köklərinin eynilə sağlam insanlardaki kimi olduğunu təsbit ediblər. Lakin gövdə hüceyrələrinin nöqsanından, yeni çıxan tüklər mikroskopla görünə bilən qədər xırda çıxır.
"Bu gövdə hüceyrələrinin aktivliyində mövcud olan problemlərə dəlalət edir. Nəticədə hüceyrələr transformasiya olunaraq dazlaşmaya səbəb olur",-deyə araşdırma dəstəsinin rəhbəri Corc Kostarelis bildirib.
Ekspertlər inanırlar ki, onların araşdırması xüsusi krem hazırlamağa şərait yaradacaq. Onlar Ardı »

Kişiler haqqındammun sistemi ilə xarici görünüşü arasındakı əlaqə

Yaraşıqlı kişilər soyuqdəymədən daha az əziyyət çəkirlər. Məlumata görə, xarici görkəmlə güclü immun sistemi arasında əlaqə mövcuddur. «Daily Mail» də yer alan məlumata görə, maraqlıdır ki, bu əlaqə ancaq kişilərdə müəyyən edilib. Qadınların görünüşü ilə immun sistemi arasında əlaqənin təsirləri haqqında bunu demək olmaz.

«Kişilərdən fərqli olaraq qadınlarda immun sistemi ilə cəlbedcilikləri arasında əlaqə olmadığını müəyyən ediblər. Kortizolun səviyyəsinin ölçülməsi isə göstərdiki, stressdə olanda həm kişi, həm də qadınlar olduqlarından daha yaraşıqsız görsənirlər», deyə təcrübə rəhbəri bildirib. Ardı »

Kişiler haqqındaQadınlarımız kimi seçir: Qasımı, yoxsa Robertonu?

Gecədən xeyli keçmişdi, onsuz da mən həmişə gec yatıram, uzanıb televizora baxırdım. Gördüm, qapı döyülür. Gözlükdən baxdım ki, aşağı mərtəbədəki qonşumdu, əlində də torbaya oxşayan bir şey tutub. Onu əvvəllər də tanıyırdım, sadəcə olaraq, bizim binaya keçənil köçmüşdülər. Hərdən o bizə gəlir, olur, mən onlara gedirəm, ancaq belə gecə vaxtı yox ki... Nə isə, əynimə bir şey geyinib qapını açdım: ”Ayə, Qasım, keç içəri.”
Uşaqları oyatmamaq üçün sakitcə mətbəxə keçdik. Ta, qonaqdı, gəlib, gəlib. Mənim soruşmağım düzgün olmazdı, bildim ki, nəsə bir iş var, qoy özü desin. “Bir şey yemək istəyirsənmi?- dedim,- bəlkə bir, yüz-yüz vuraq?” Qasım qanıqara halda:”Yemək-zad istəmirəm, ancaq yüz Ardı »

Kişiler haqqındaSaqqalın faydaları

Darvin “Növlərin mənşəyi” başlıqlı əsərində kişilərdə saqqalı cinsi seçimlə əlaqələndirir. Yəni Darvinə görə, saqqal qadınların həyat yoldaşı seçimində vacib rol oynayır.

Araşdırmaçılar da Darvinin nəzəriyyəsinə dəstək olaraq, qadınların saqqalı kişiləri saqqalsız kişilərdən daha cazibədar hesab etdiklərini ortaya çıxarıb. Kişiləri qadınlara cazibədar göstərməklə yanaşı, saqqal həm də sağlamlıq baxımından faydalıdır.

Dəri xərçəngini əngəlləməyə kömək olur. “Southern Queensland” Universitetinin apardığı araşdırma zamanı saqqalın zərərli UV şüalarının 95 faizini əngəllədiyini ortaya çıxarıb. Daha az UV şüalarına məruz qalan dərinin xərçəngə yoluxma riski aşağı olur.

Asma və alergiyaya qarşı müdafiə edir. Çiçək tozu və tozlara qarşı alergiyanız varsa, asmadan əziyyət çəkirsinizsə, saqqalınız sizi qoruyacaq. Xüsusən bığların alergiyaya Ardı »

Kişiler haqqındaKişilər hansı qadınları əsla itirmək istəmirlər?

Qızıl ürək – Kişilərin çətin günlərində adətən qadınlar öz işlərində-güclərində olurlar. Kişilər isə onları başa düşə bilən, dərdinə yanan qadınları qətiyyən tərk etmək istəmirlər.

Yumor hissi olan qadınlar – Qarşınızdakı kişinin üzünü güldürən məsələlərə reaksiya verməlisiniz. Əgər çox da zarafatcıl insan deyilsinizsə, gülüşünə hörmət əlaməti olaraq təbəssümlə cavab vermək də bir jestdir.

Ağıl və özünə olan inam – Ağıllı qadınları yola gətirməkdə kişilər çətinlik çəkir. Amma bu qısa müddətli münasibətlər üçün keçərlidir. Əgər qarşınızdakı kişi uzun müddətli və ciddi münasibət axtarırsa, ağılınız sizi daha cazibədar göstərəcək.

Ehtiras – Bir kişinin sevdiyi qadına ehtiras və şəhvət hiss etməsindən təbii heç nə ola bilməz. Pozitiv enerjinizi Ardı »

Kişiler haqqındaKişilərə bir neçə sehrli məsləhət.

* Xanımınızı başqalarının yanında tənqid etməyin.

* İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin.

* Xəstə olduğu günlərdə ona xüsusi qyğı göstərin.

* Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətlərdən başqa) onu tənqid etməyin.

* Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin.

* Sizə etdiyi xidmətə görə ona təşəkkür tməyi unutmayın.

* Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın.

* Xanımınızı onun xoşuna gələn adla çağırın. Ardı »

Kişiler haqqındaBu cümlələr qadınları uzaqlaşdırır

Əziz kişilər, bir qadınla münasibətinizin uzun müddət davam etməsini istəyirsinizsə, hər şeydən əvvəl həmin qadınla ünsiyyətinizə fikir verməlisiniz. Qadınlarla söhbət zamanı özünü həmcinsi ilə danışırmış kimi hiss etmək biz kişilərin ən böyük səhvidir. Bütün bunlardan əlavə həm də qadınların qəlbinə gedən yolu tapmaq üçün onların sevmədiyi sözlər, ifadələr barəsində də məlumatlı olmalıyıq. Bu dəfəki məqaləmizdə sizə elə bu barədə məlumat verməyə çalışacağıq. Beləliklə, qadınları əsəbiləşdirən ən məşhur cümlələr:

Mənimlə sevgili olarsan?
Bir qadınla münasibətiniz zamanı əsla belə bir cümlə qurmayın. Çünki qadınlar həmişə idarəni öz əlində saxlamağı bacaran kişilərə üstünlük veririlər. Onlar üçün ideal kişi tipi fikirləri yanlış olsa belə, öz dediyini qadına Ardı »

Kişiler haqqındaKişi çantalarını necə seçməli..

Çantalar haqqında nə bilirik? Yalnız bunu ki, həmin termin 1900-cü illərdə yöndəmsiz kişi çantalarının meydana çıxmasından sonra dəb aləminə ayaq açmışdır. Amma onda çanta kişi aksessuarı olduğundan kütlələr arasında elə də populyar deyildi və yalnız peşəkar təyinatı üzrə istifadə edilirdi. Hətta sovetlər dövründə də yaraşıqsız portfel yaxud arxa çantası kişilərin istifadə etdikləri yeganə çantalar idi.

Zaman keçdikcə dəb aləmində hər şey dəyişir. Hazırda kişilər öz imiclərinə diqqət edir və ona müxtəliflik verməyə çalışırlar. Kişilərə lazım olan aksessuarların sayı qadınlarınkı ilə müqayisəyə gəlməsə də, onlar seçimlərində çox həssasdırlar.

kisi cantalari
Kişi aksessuarlarından biri də çantadır.

Bu gün kişi çantaları mağazalarında şəmiyyətin bütün təbəqələrindən olan insanlar Ardı »