Kişiler haqqında → Qısqanc kişini necə yola gətirməli?
Əksər kişilər həddindən artıq qısqanc olmalarına və bunun münasibətlərində tez-tez problem yaratmasına baxmayaraq öz qısaqanclıqlarına "Sevən adam qısqanar” deyimi ilə haqq qazandırırlar. Biz isə bu və buna bənzər bütün deyimləri kənara qoyaraq bu dəfə qısqanclığın hansı çatışmazlıqlardan yarandığını aydınlaşdırmağa çalışacağıq.
Özünə güvən
Kişinin qadından şübhələnməsi, onu izləməsi, hər sözünün altında bir məna axtarması həqiqətən də güvənin olmadığını göstərir. Həm özünə, həm də qadınına qarşı olan güvənsizlik isə tərk edilmək, sevdiyini başqası ilə paylaşmaq qorxusuna çevrilir. Bəzi kişilər sərt reaksiyalarını, kobudluğu, qısqanclığı sahiblənmək kimi qələmə verir lakin, bunun arxasında duran ən başlıca səbəb tərk edilmək qorxusu, özünə inamsızlıqdır.
Qısqanılan qadın nə edir?
Qarşısındakı kişinin qısqanclığından xəbərdar Ardı »