Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarKompüter oyunları, yaşlılarda zəka geriləməsini önləyə bilər

Kompüter oyunları, 50 yaşdan yuxarı şəxslərdə zəka geriləməsinə kömək edirmiş.
Məlumata görə ABŞ-dakı Iowa Universitetinin elm adamları 50-65 yaşlarında olan insanlar arasında apardıqları araşdırmalarda, video oyunlarının yaşlılarda zəka geriləməsində azalma təmin etdiyini bildiriblər. Bu məqsədlə qruplara ayırdıqları 600-dən çox adamı puzzle, sürət və diqqət tələb edən "Road Tour" adlı oyunlara cəlb ediblər. Nəticədə isə həftədə ortalama 10 saat video oyunu ilə məşğul olanların zəka geriləməsinin bir il sonra azaldığı üzə çıxıb.
Araşdırmaya imza atanlardan hesab olunan Fredric Wolinsky, iştirakçıların başlanğıcdakı bacarıq səviyyəsindən asılı olmayaraq, "məşqdən" sonra bacarıq sürətlərinin 70 faiz artdığını ifadə edib.
Oyunların yalnız zəka geriləməsinin önünə keçmədiyi, zəka funksiyalarını da artırdığı Wolinsky Ardı »

Maraqlı MəlumatlarVitaminləri necə düzgün almaq olar

Tərkibində karbohidrat, protein və yağ kimi əsas qida maddələri kifayət qədər miqdarda olan qidalar bədənin gündəlik ehtiyacını ödəyəcək qədər vitaminlə təmin edir.
Bu məlumat həm də ona əsas verir ki, vitaminlərdən gərəksiz yerə istifadə və ya vitamin əlavələrindən sağlam və ehtiyacı olmayan adamların qəbul etməsi düzgün deyildir.
Rusiya mətbuatında yayılan məlumatların birində qeyd olunur ki, bir çox yaşlı qadınlar sınıqların profilaktikası üçün aptekdən kalsium və D vitamini əlavəsi alırlar.
Bu isə bir sıra ABŞ tədqiqatçılarının işlərində sağlam qadınlara zərər verəcəyini ortaya çıxarıb. Onların təcrübələrindən aydın olub ki, kalsium və D vitamini yalnız osteoporoz olan insanlar üçün müvafiqdir. Kalsium və D vitamini birləşməsi Ardı »

Maraqlı MəlumatlarHəqiqi bal saxtasından necə fərqlənir ?

[color=#f82e00]Bəzən min bir dərdin dərmnı adlandırılan bal saxta olarkən nəinki dərman olur, əksinə səhhətimizdə problemlərə səbəb ola bilər.
Hazırkı dövrdə qida və geyim məhsullarının həqiqisi ilə saxtasını fərqləndirmək çox çətinləşib.
Həyatımıza, sağlamlığımıza birbaşa təsir edən qida rasionumuzda əhəmiyyətli məhsullardan olan biri də baldır.
Lakin bəzən min bir dərdin dərmnı adlandırılan bal saxta olarkən nəinki dərman olur, əksinə səhhətimizdə problemlərə səbəb ola bilər.
Buna görə də həqiqi balı saxtasından seçmək üçün aşağıdakılara diqqət etməliyik.
1. Həqiqi bal, soyuq mühitlərdə şəkərlənir(el arasında xarlanır); saxta bal şəkərlənmir.
2. Həqiqi balın çox xüsusi bir qoxusu vardır. Balı kəsərkən, saxlama qabını açıb-bağlayarkən bu qoxu daha tez hiss edilər.
3. Ardı »

Maraqlı MəlumatlarMədəsindən çubuq çıxdı

Çində Vanq adlı şəxsin mədəsindən qidalanma üçün nəzərdə tutulmuş çubuq çıxarılıb.

«Shanghai Daily» qəzetinin verdiyi məlumata görə, o, çubuğu düz 28 il əvvəl udubmuş.
50 yaşlı Vanq yalnız indi mədəsində şiddətli ağrılar hiss etdiyi üçün həkimə üz tutub.
Müayinə zamanı onun mədəsindəki çubuğun mədənini divarını ciddi yaraladığı və qanaxmaya səbəb olduğu üzə çıxıb.
Vanq çubuğu 28 il əvvəl udduğunu söyləyib.

Artıq mədəsindəki çubuqdan xilas olmuş çinli özünü yaxşı hiss edir. Ardı »

Maraqlı MəlumatlarKişilər üçün bütün qadınlar cəlbedicidir

Hər gün minlərlə qadın güzgü qarşısında az qala bir neçə saat vaxt keçirərək xarici görünüşlərini ideallaşdırmağa çalışırlar.

Xanımlar hətta xarici görünüşlərindəki cüzi dəyişiklər üçün plastik cərraha belə müraciət etməkdən çəkinmirlər.
Rusiya mətbuatının verdiyi məlumata görə, bütün bunlar isə güclü cinsin nümayəndələrinin xoşuna gəlmək üçündür.

Hollandiyalı alimlərin sözlərinə görə, seksual planda kişiləri qadın cinsinin istənilən nümayəndəsi cəlb edir.
Belə ki, sən demə onlar üçün xarici görünüş heç bir əhəmiyyət kəsb etmir. Bunu müəyyən etmək üçün isə onlar 22-25 yaş arası kişilər arasında araşdırıma aparıblar.

İlk mərhələdə kişiləri bir qızla 5 dəqiqə eyni otaqda qoyublar. Onların hamısı demək olar ki, bundan sonra qızın Ardı »

Maraqlı MəlumatlarAsılılıqdan qoruyur

İnanclı olmaq və ibadət etməyin insanları pis vərdişlərdən və asılılıqdan qoruduğu təyin olunub.
Bu məlumat Türkiyənin internet saytlarının birində öz əksini tapıb. Məlumatda oda bildirilir ki, ingilis elm adamlarının apardığı araşdırmalardan müəyyən olunub ki, inanclı olanlarda spirtli içki, narkotik kimi pis asılılıqları azdır. Araşdırmalara qatılan 7 min 403 adamdan 35%-i inanclı olduğunu və ibadət etdiyini, 19%-nin inandığını, ancaq ibadət etmədiyini, 46%-nin isə inanclı olmadığı qeyd olunub.
Nəticələrlə əlaqədar olaraq araşdırma aparanlar, ibadət etmədən ruhani bir yanaşmanın ruhi çətinlik riskini artıra biləcəyinə diqqət çəkdiyi ifadə olunub.
Mövzu ilə bağlı məqalə, Fransız "Le Figaro" qəzetinin internet saytında, araşdırmanın isə "Beynəlxalq Tibb Jurnalında" dərc Ardı »

Maraqlı MəlumatlarGülməkdən yıxılan qadın

İngilis qadın gülən kimi yerə yıxılır.
İngiltərənin Kembric şəhərində yaşayan qadın gülməkdən qorxur. Elm adamı olan Klaire Ellenin qorxuları əsassız deyil. Çünki dünyada çox nadir müşahidə edilən əsəb xəstəliyindən əziyyət çəkən qadın güldüyü an yıxılıb qalır. "Katapleksi" adlandırılan xəstəlikdən əziyyət çəkən Ellen qorxu, təəccüb ya da sevinc hissi keçirən kimi bədəninə nəzarəti itirir və olduğu yerə yıxılaraq qalır, amma huşunu itirmir. Qadının sözlərinə görə, keçirdiyi hər belə vəziyyət bir neçə saniyədən 5 dəqiqəyə kimi davam edir. Bəzən isə gün ərzində yüzə yaxın bu halla üz-üzə qalır.

Həkimlər isə dərmanlarla tutmaların sayını azaltsalar da, onları tamamilə aradan qaldıra bilmirlər. Ardı »

Maraqlı MəlumatlarYaddaşın möhkəmləndirilməsi

İpək paltar beyni itiləşdirir, zehni qüvvətləndirir, gözü işıqlandırır. Qırıqovul əti yemək, yasəmən iyləmək fəhmi artırır, beyni möhkəmləndirir, yaddaşsızlığa qarşı çox yaxşıdır. Püstə, cücə və fərə əti və beyni yemək, hafizə və zehni möhkəmləndirməkdə faydalı dərmanlardan biri sayılır. Mərzə çeynəmək beyin üçün münasibdir. Şamama və nərgiz iyləmək beyni isidir və qüvvətləndirir. Xardal yemək yaddaşsızlığa qarşı faydalı sayılır. Əncir, mixək, findıq, beyni gücləndirir, fəhmi artırır. Qabaq mürəbbəsi beyni möhkəmləndirməkdə tə”sirlidir. Heyva iyləmək beyni və əhvaliruhiyyəni yaxşılaşdırır. Alma yemək də bu baxımdan faydalı hesab edilir. Boymadərəndən hazırlanan təpitmə baş və beyni qüvvətləndirir. Gül yağı baş və beyin üçün olduqca münadibdir. Buruna gülab çəkmək huşusuzluğa Ardı »