Maraqlı Məlumatlar → Gözəlliyinizi qoruyub saxlamaq istəyirsiniz?
Çay - əsrlərdən bəri istifadə edilən, gündəlik tələbatı olan içki növüdür. Çay, Azərbaycana ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib. Elə ilk çay zavodu da Lənkəranda tikilib. Çayın tarixində maraqlı rəqəm isə 1908-ci il olub. Çünki bu ildə, hal-hazırda geniş yayılmış paket çayların ABS-da istehsalı başlanıb.
Çayın insan sağlamlığına xeyri
Həkim-terapevt Nəcibə Axundzadə Milli.Az xəbər portalına verdiyi açıqlamasında çayın immunitet sisteminə çox xeyirli olduğunu deyir: “Çay insan sağlamlığına çox xeyirdir. Ümumiyyətlə, çay baş ağrısını, aclığı aradan qaldırır, yuxudan oyanmağa kömək edir, qidalandırıcı ərzaq hesab edilir. Bəziləri isə çayı alkoqol asılılığından azad olmaq üçün istifadə edirlər.
Çay, həmçinin əhvalı yüngülləşdirir, təravətləndirir, gümrah Ardı »