Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ç hərfi → ÇƏKMƏ (ayaqqabı)

ÇƏKMƏ (ayaqqabı)-Aşağıdakı yozumlarla açıqlanır: Təzə çəkmə-bolluq və bərəkət xəbəri. Köhnə çəkmə-bir dostun xəyanəti, sədaqətsizliyi. Cırıq çəkmə-bir işin uğurla sona çatması. Qara çəkmə-toy-düyün xəbəri. Başqa rəngdə çəkmə (qaradan savayı)-səyahət və pul qazanmaq imkanı. Ayağı sıxan çəkmə-səxəntəların bitməsi və rahat, firəvan həyatın başlanğıcı. Ardı »

Ç hərfi → Yuxuda Çoban görmək

Yuxuda çobanlar öz sürülərini otarırlarsa, bu, uğur, bol məhsul, müxtəlif məmnunluqlara işarədir. Çobanlar vaxtlarını boş keçirirlərsə, xəstəlik və ağır itkilərdən özünüzü qoruyun. Ardı »

Ç hərfi → Yuxuda Çarıq görmək

Yuxuda çarıq görmək yaxşı tanıdığınız bir məkana səyahət edəcəyinizə işarədir. Vətənə də səfər ola bilər. Yuxuda çarığı öz ayağınıza geyinmisinizsə, böyük zərərlər görəcəksiniz. Yuxuda çarıq düzəltmək ətrafdakıların sizə hörmət edəcəyinə və böyük nüfuza işarədir. Əgər çarıq ayağınızdan düşürsə və sizə yeriməyə mane olursa, bu sizin həyatda risk etməyi sevmədiyinizə işarədir. Yuxuda çarıq almaq həyatda təcrübəsizliyinizə görə böyük xoşagəlməz hallar yaşayacağınıza işarədir. Ardı »

Ç hərfi → Dolu çuval

Dolu çuval-bugünlərdə girişəcəyiniz işlərdən bol qazanc əldə edəcəksiniz. Ardı »

Ç hərfi → ÇƏRPƏLƏNG

ÇƏRPƏLƏNG-Yuxuda havaya çərpələng uçurtmaq-hörmət-izzətə, yüksək mövqelərə çatmağa işarədir. Özünü çərpələnglə oynayan görmək-sehrbazlığa qurşanıb boş, mənasız işlərlə məşğul olmaq kimi yozulur. Yaşadığı evin üstünə çərpələng düşdüyünü görmək-röya sahibi caduya-pitiyə məruz qalacaqdır. Çərpələng-caduya da yozulur. Ardı »

Ç hərfi → Yuxuda Çəmənlik görmək

Özünü çəmənlikdə gəzən görmək o deməkdir ki, sizi sevinc və çiçəklənmə gözləyir. Çəmənlikdə şən tədbirdə iştirak etdiyini görmək o deməkdir ki, sizin çoxlu kübar əyləncələriniz olacaq və işlər uğurla gedəcək. Gənc qadın yuxuda öz sevgilisini yaşıl çəmənlikdə gözləyirsə, onun evliliklə bağlı ən xoş arzuları həyata keçəcək. Çəmənlikdə otlar yanıb və quruyubsa, sizi dava və ayrılıqlar gözləyir. Otun üstündə qarşınızda sürünən ilan görmək xəyanət əlamətidir; kobud iftiralar sizin üçün qəm mənbəyinə çevriləcək. Ardı »

Ç hərfi → Yuxuda Çiyin görmək

Yuxuda lüt çiyinlər görmüsünüzsə, bu o deməkdir ki, xoşbəxt dəyişikliklər sizi dünyaya yenidən baxmağa məcbur edəcək. Yuxuda çiyinləriniz çox arıqdırsa, sümükləri çıxıbsa, həyatda başqa insanların şıltaqlığından asılı olacaqsınız. Ardı »