Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

M hərfi → MARMELAD

Röyada marmelad yemək-əvvəli pis şərtlərlə başlayan bir işin sonda uğurla bitəcəyinə dəlil olaraq qəbul edilir. Ardı »

M hərfi → MAYA (acıtma)

Ruh düşgünlüyü anlamına gəlir. Mayanın daşıb qabardığını görmək-könül xoşluğuna yozulur. Ardı »

M hərfi → Yuxuda Manyak görmək

Yuxuda sizi manyak izləyirsə, bu o deməkdir ki, həyatda gücünüz tükənmək üzrədir, buna görə də üzərinizə qoyulan işin məsuliyyətindən qorxursunuz. Risksiz istədiyinizə nail olacaqsınız. Yuxuda manyak olduğunuzu başa düşürsünüzsə, bu, real həyatda bağışlanılmaz səhv etməmək üçün istəklərinizdən əl çəkməyə məcbur olacağınıza işarədir. Yuxuda təhlükəli manyak saxlanıldığını eşitmək düşündüyünüz planı obyektiv səbəblər ucbatından gerçəkləşdirə bilməyəcəyinizə işarədir. Ardı »

M hərfi → MUSA PEYĞƏMBƏR

-Röyada Musa əleyhissəlamı görən adam şan-şöhrətə, yüksək rütbəyə çatacaq. Ona heç bir qorxu və sıxıntı üz verməyəcək. Çünki o adam haqqa riayətlə hər baxımdan qüvvətli və haqsevər bir insandır. Bir kimsə röyada Musa peyğəmbərin surətinə döndüyünü və ya paltarını geydiyini görərsə-o, məqsədinə nail olacaq və düşmənlərinə üstün gələcəkdir. Röya sahibi dustaqxanadadırsa,ordan qurtulub muradına çatacaqdır. Musa peyğəmbəri röyada görmək-həmin il nə qədər zalım və qəddar adam varsa, hamısının öləcəyinə işarədir. Musa peyğəmbərin məşhur əsasını əlində görmək-böyük məqama, yüksəlişə, düşmənə qalib gəlməyə, uzun səfərə qarşı tərəfin sehri-tilsimi varsa-çözüləcəyinə, kafirlərin məhvinə, sıxıntıdan, kədərdən qurtarmağa yozulur. Ardı »