Sevgi şerləri → Menim Ucun
Mənim üçün Sevgi,
Gözlərinə baxıb "səninəm"sözünü oxumaqdır.
Mənim üçün Dostluq,
Tərəflərin tam səmimi fikirlərini düşündüyü anda söyləyə bilən,onun da sənin kimi düşündüyünü bildiyin biridir.
Mənim üçün Səmimiyyət,
Həyat səhnəsində və səhnə arxasında da özü kimi olandır.
Mənim üçün Hörmət,
Öz qərarlarını verməyin üçün hər zaman yanında olub,səhv etdiyində əlindən möhkəmcə tutub sənə dəstək olandır.
Mənim üçün Xoşbəxtlik,
Allahın aynası ola bilməkdir.Sahib olduqlarımıza sevinib şükr etmək sahib olmadıqlarımızı düşünməməkdir.
Mənim üçün Güvənmək,
Kiməsə güvənmək ikinci sənini tapmaq deməkdir.Əslində çoxlarının sahib olmadığı bir hissdir.Güvənmək üçün sevmək,sevmək üçünsə saf təmiz ürəyə sahib olmaq lazımdır.
Mənim üçün Qaçmaq,
"Sənə ehtiyacım var" deyib ona qaçmaqdır.
Mənim üçün Həsrət,
Ya əlçatmaz olan ,ya da əlində olmayandır .Həsrət sevgidir eyni zamanda kədərin də Ardı »