Sevgi şerləri → Susmagi secdin ve Men indi seni susaraq unuduram..
Sən mənimsən” deyil də, “Mən sənə aidəm” desəydin,
başqa yerlərdə olsan da varlığını hiss edə bilərdim bəlkə...
Söyləmədin ki...
“Sənin üçün hər çətinliklərlə savaşaram” deyil də, “Səndən gələn heç bir şey çətin deyil” desəydin,
inanardım ürəyinin sadəcə mənə aid olduğuna...
Söyləmədin ki...
“Sən olmadan yaşaya bilmərəm” deyil də, “Sənsizlik deyə bir şey yox, sən var olmasan da mənimləsən” desəydin,
inanardım sevginin sonsuzluğuna...
Söyləmədin ki...
“Sən mənim yuxumsan” deyil də, “Gerçəkləşən röyamsan” desəydin,
uzaqda da olsam, yaşadardım bu gerçəyi səndə...
Söyləmədin ki...
“Sən mənim ruh ekizimsən” deyil də, “Sən əslində Mənsən” desəydin,
yoxluğunda da davam etdirərdim sən olmağı...
Söyləmədin ki...
“Səni sevirəm” deyil də, “Səni həmişə sevəcəyəm” desəydin,
yalan da olsa sevgin, inanardım mənə bir gün dönəcəyinə...
Söyləmədin ki...
“Sənsiz Ardı »