Sevgi şerləri → Xəyanət üzərinə məktub
Sənə heç bir şey söyləmək istəmirəm. Bütün sözlər qeyri-kafi.. Heç bir şey yazmaq istəmirəm. Dərin dənizlərdə lövbər atdığım, üstümə göyqurşağını çəkdiyim bu eşq yalanmış. İndi qaranlıq sularda boğuluram. Səma güllə kimi ağır. Nə yana dönsəm yalan. Gülüşlər yalan, vədlər yalan. .İnsanlar yalan. Mən sənimi sevdim. .Sənin gözlərinləmi baxdım dünyaya.. sənin əllərinləmi çiçək yığdım.. sevinc idi, eşq idi sinəmə basdım. Böyük bir yalanı səninləmi yaşadım?
Gözlərinə baxdığım zaman cənnət bağçasına keçərdim.. Bir aldatmacaymış, pis bir yuxu.. Pisliyin belə bir üzü vardır, bir görünüşü.. amma ən betəri buymuş.. bu aldatmaca. Bir nağıl olsaydın razıydım, bir şeir olsaydın, götürər saxlayardım. Gözəl bir üz qalardı səndən Ardı »