Saglamliq → Diabet xəstəliyi ilə bağlı təlimlər keçirilir
[color=#039b80]“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanılıb. SİA-nın xəbərinə görə, layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki və Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbi yaradılıb.
İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanılıb. Təlimlər 7 diabet məktəbinin hər birində 15 həkim, 30 tibb bacısı Ardı »