Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanMəhəbbət Düsturu(Çingiz Əlioğlu)

Oxşardır sevginin tarixçələri...


Yatmışdıq yuxudan ayıldıq,əlbət!


Belədir bir eşqin nəticələri


Üstəgəl ayrılıq,çıxaq məhəbbət...



Heç kimə dərs deyil,olub-olacaq...


Həzz ilə zülm edir özünə millət.


Səndən gördüklərim bunlardır ancaq


Üstəgəl məşəqqət,çıxaq mərhəmət...



Hər şeydə günahkar tək məni saydın,


Biz necə olaydıq səninlə xoşbəxt?!


Cəbrinin cavabı öncədən aydın,


Üstəgəl haqsızlıq,çıxaq ədalət!!!



Nə günə qoyurdu məni o eşqin,


Hardandı səndəki bu kin,kidurət?!


Hasilə nə qaldı,indi bax sevin...


Üstəgəl miskinlik, çıxaq əzəmət...



Dedilər sınama,sınanan haqdı,


Əzilən adamdan umma dəyanət.


Gör gəlib axırı hayana çıxdı! -


Üstəgəl xəyanət,çıxaq sədaqət...



Mən ülfət unadım,sən həsrət dedin...


Dözümə tapmadım özümdə qüdrət!


İndi bu qalığı haqq-hesab edin


Üstəgəl fəlakət,çıxaq səadət... Ardı »

Azerbaycan EdebiyyatindanGƏL GEDƏK OTURUB SAATA BAXAQ

Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.

Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq. Ardı »

Azerbaycan EdebiyyatindanAyriliq.....

Yene bu weherde uz uze geldik
Neyleyek ayrica weherimiz yox
Belkede biz xowbext ola bilerdik..
Belkede xowbextik xeberimiz yox.

Aradan ne qeder il kecib goren.
Taniya bilmedim meni bagiwla.
Men ele bilirdim sensiz olerem.
Men sensiz olmedim meni bagiwla..

Sagimiz solumuz adamla dolu
Qol qola kiwiler qadinlar kecir.
Ozunden xebersiz omrunden min yol,
Ozunu olduren adamlar kecir..

Kecir oz qanina batan adamlar
Bir de ki qan hani?
Qan axi yoxdu..
Hami gunahkardi dunyada
Amm.....
Dunyada hec kesin gunahi yoxdu.... Ardı »

Azerbaycan EdebiyyatindanBu Esgerlik Hec Bitmez

BU ƏSGƏRLİK HEÇ BİTMƏZ

BU ƏSGƏRLİK HEÇ BİTMƏZ
======================

Bir çaydır gözləri, axıb keçər dərindən,
Hıçqırıqlı bir nəfəs, uzaqlaşdı yerindən…
Vətən borcu müqəddəsdir, zabitindən ərindən,
__Bu əsgərlik heç bitməz, yazılmışdır celbine,
__Elindeki o tüfəng, söykənmişdir ürəyinə!

Köz atəşdə bu həsrət, iki ürəkdə yandırılar,
Damla damla gözyaşı, kirpiklərə ilişər.
Uğurlarkən vətənə, arxasından baxılar,
__Bu əsgərlik heç bitməz, yazılmışdır celbine,
__Tüm güllələr sırayla, düzülmüşdür ürəyinə!

Sevdanın putasında, bu kurşunsu baxışlar,
İpəkdəndir gergefi, işlənərkən naxışlar…
Baş çevirən tilsimdir, hər an salam üst-üstə düşlər,
__Bu əsgərlik heç bitməz, yazılmışdır celbine,
__Ateş topu ayrılıq, batmışdır ürəyinə!

Süfrə başı hər yemək, boğazına düzülər,
İki ürəyin örtüyü, Ardı »

Azerbaycan EdebiyyatindanMən Yaşamaq Istədim

Mən yaşamaq istədim, səni yaşatmaq üçün.
Qəlbində bəslədiyin arzuya çatmaq üçün.

Qayıtmaq istəyirəm, on il bundan əvvələ.
Əvvəlkitək düşəydi qəlbimizə vəlvələ.

Sakit, səssiz duraydıq, baxıb bir-birimizə.
Biz birlikdə qataydıq, gecəmizi gündüzə.

Həyəcandan, təlaşdan, qəlbimiz alışaydı.
Dilimizin yerinə ürəklər danışaydı.

Mən səni istəyirəm, ancaq yoxsan sevgilim,
Gecələr gördüyümtək, bir yuxusan sevgilim. Ardı »

Azerbaycan EdebiyyatindanÖLƏSƏN BİR DÜŞMƏN SEVİNDİRƏSƏN

Ölüb yıxılasan yıxılanda da…
Salxım buzlar kimi sınıb gedəsən…
Deyirlər torpağın altı soyuqdu,
nola, qəbrinə də yanıb gedəsən.

Gözlərin tavana dəyib - qayıda,
ürəyin atlanıb çöllərə düşə…
Salıb itirəsən xatirələri,
ancaq etibarlı əllərə düşə.

Öləsən bir düşmən sevindirəsən,
ardınca barı bir «sağ ol»un ola …
Gözünü qapaya bir qız əlləri –
bu, sənin ilk qadın sığalın ola! Ardı »

Azerbaycan EdebiyyatindanƏLİ KƏRİM - Ölüm Sevinmə çox...

Ölüm! Şöhrətinmi azalardı de,
Tanışdı onsuz da cahana adın.
Sənə nə olardi, nə olardı de,
Belə bir insana əl vurmasaydım7

Gedir Şair gedir,kəllə mayallaq gedir,
Bu gedən hər gəlib-gedəndən deyil.
Ölüm sevinmə çox, bu sevinc nədir?!
Bu ölən sənə hər öləndən deyil.

O yazdı, yaratdı, həyat naminə,
Onun hər bir şeiri ölümdür sənə! Ardı »

Azerbaycan EdebiyyatindanSadəlik

Sadəlik könlümün naləsi olub,
Onunla şər-xəta gəlib ömrümə.
Kiməki can deyib,yandım ürəkdən,
Canım oda yandı,alışdı könlüm.
Kimiki yaxın dost sandım ürəkdən,
Son anda düşmənə çevrilən gördüm.

Aldı qucağına məni dərd kədər,
Həyat hər addımda sınadı yaman.
Bəzən ürəyimi didir şübhələr,
Qismətim talehim budurmu aman?!

Şeytanlar görmüşəm mələk donunda,
Hamısı xoş günün mələyi olub.
Dar gündə,Kimsəsiz qaldığım anda,
Tək Allah duası köməyim olub... Ardı »