Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikayıl Müşviq → UREK...

Sən onun eşqilə, məhəbbətilə

Vurmadın ömrünü başa, ürəyim.

Sevgi hədəfinə nişan alanda

Dəydimi oxların daşa, ürəyim?!





Sevgi dəryasında ruhum bir ada,

Fırtınam ziyada, dalğam ziyada,

O ellər gözəli düşəndə yada,

Az qalır xəyalım şaşa, ürəyim!




Sən canı canandan ayrı tutmadın,

Odur ki, vəfasız deyildir adın.

O, səni unutdu, sən unutmadın,

Yaşa, məhəbbətim, yaşa, ürəyim! Ardı »

Mikayıl Müşviq → Seninçün

O gün ki hicrana uğradı yolum
Qırıldı qanadım,qırıldı qolum.
Felekden bac verib,bac alan könlüm 
İndi uşaq kimi ağlar seninçün.
Gül gülü çağırır,çiçek çiçeyi,
Güler aşiqlerin qönçe dileyi.
Sen neçin yıxırsan bu şux üreyi?
Qelbimin çeşmesi çağlar seninçün. Ardı »

Mikayıl Müşviq → Kimidir

Sevgilim eynine yawil geyinmiw,
Sallaniwi servi-cemen kimidir
Bu benzetme bir az uzden olsa da
Tamawa gorkemi senem kimidir.

Muwfiqin ureyi yarpaqdan ince,
Titreyir bir xefif ruzgar esince
Mewuqun ayagi haraya deyse,
Orasi awiqe veten kimidir. Ardı »

Mikayıl Müşviq → Mikayil.Muwviq

Bu vefasiz ömür,bu cosqun dere
Gerek bos-bosuna axib kecmesin!
Bu gözel cahani sanib pencere,
Her gelen sadece baxib kecmesin! Ardı »

Mikayıl Müşviq → Sene Qurban

Deyirsen yanında qalacağam men,
Çox gözel fikirdir,qal sene qurban.
Ne zaman istesen eziz canımı
Qumral gözlerinle al,sene qurban.
Gelmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur,qolları bağlı,
Gel çekme könlüme sen hicran dağı,
Gümüş topuğunda xal,sene qurban. Ardı »

Mikayıl Müşviq → Birde Baxsan Mene...

Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.



Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən. Ardı »

Mikayıl Müşviq → Yenə O Bağ Olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi Ardı »

Mikayıl Müşviq → Senin Gozlerin

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?

O qara gözlərin deyil parlayan,
Ulduzlar içimdə gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan,
Bir sərin,ziyalı,yaz səhərimdir.

Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı,
Donardım ruhumun şən işıqları
Qəlbimin camında qırılmasaydı.

Qara qış üstümə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan,gah qapayırsan?

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar? Ardı »