Sureler → ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 17-30
(6.17) “Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!”
Tövhidin gerçəkliyinin dəlillərindən biri ondan ibarətdir ki, təkcə Fövqəluca Allah insanları bədbəxtçilikdən xilas edir və onları xeyir və əmin-amanlıqla təmin edir. O, insanlara dilənçilik, xəstəlik, müsibət, qəm, kədər və yaxud hər hansı digər bədbəxtçilik nəsib edərsə, onda heç kim onu həmin əzablardan qurtara bilməz. Əgər Allah istəsə ki, insana yaxşılıq əta etsin, bilin ki, O, bütün varlıqlar üzərində hökmrandır. Tək O, fayda verməyə və ya zərər vurmağa qadirdir, bu isə Ardı »