Bəstəkarlar Və Müğənnilər → Nataliya Barbu
Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı.
[redaktə]
Həyatı
Nataliya Barbu 22 avqust, 1979-cu il tarixində Moldovanın Beltsı şəhərində anadan olmuşdur. Həmçinin skripka ifaçısı kimi də tanınan Nataliya hazırda SONY BMG şirkəti ilə əməkdaşlıq edir. Yerli “Moldstar”, beynəlxalq müsabiqələr - “Slavyan bazarı”, “Mamamia” və “Yeni dalğa” kimi yarışların mükafatçısıdır. Əsasən pop-rok və qotik-rok janrında mahnılar ifa edir. 2007-ci ildə “Fight” (“Döyüş”) adlı mahnı ilə Moldovanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 109 xal toplayaraq 10-cu olmuşdur. Ardı »