Bəstəkarlar Və Müğənnilər → Keçəçi oğlu Məhəmməd
Keçəçi oğlu Məhəmməd (18.07.1864-20.11.1940) – Qarabağ xanəndəsi.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Mənbə
4 Xarici Keçidlər
5 Həmçinin bax
[redaktə]
Həyatı
Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) 1864 cü ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir. Qarabağ məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, yaradıcılığında muğam sənətini inkişaf etdirmiş, Azərbaycan muğamının şöhrətini hər yana yaymışdır.
Onun repertuarlarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapozonlu, güclü və zil səsə malik xanəndə bütün muğam-dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Keçəçioğlu Məhəmməd öz sənətinə tələbkarlıqla yanaşan və öz üzərində daim, Ardı »