Bəstəkarlar Və Müğənnilər → Brilliant Dadaşova
Dadaşova Brilliant Süleyman qızı (15 sentyabr 1965, Bakı, Azərbaycan SSR, SSRİ) — müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (1998)[1]; Azərbaycan Respublikasının xalq artisti (2008)
Həyatı
Brilliant Dadaşova 15 sentyabr 1965-cu ildə Bakı şəhərində anadan olub. Onun anası məşhur Azərbaycan qarmon ifaçısı, 1964-cı ildə avtomobil qəzasında həlak olmuş Qızxanım Dadaşovadır. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin o ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. Ardı »