Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəstəkarlar Və MüğənnilərŞövkət Ələkbərova

[color=#fe8c8c]Ələkbərova Şövkət Feyzulla qızı (20 oktyabr, 1922 - 7 fevral, 1993) — istedadlı Azərbaycan müğənnisi, Azərbaycanın xalq artisti (1959).Mündəricat [gizlə]
1 Həyatı
2 Mahnıları
3 Canli İfasindan Nümunələr
4 Filmoqrafiya
5 Həmçinin bax
6 Mənbə
7 Xarici keçidlər

[redaktə]
Həyatı

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdı.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosiyonallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Azərbaycanı SSRİ-nin bir çox şəhərlərində, Fransa, Ardı »

Bəstəkarlar Və MüğənnilərXəyal Əfəndiyev

[color=#03939b]Bəstəkar. Kino bəstəkarı. Səs rejissoru.
[redaktə]
Həyatı

Gənc bəstəkar ilk musiqi təhsilini 1994-99 cu illerde 34 saylı uşaq musiqi məktəbinin qarmon sinfində almışdır. Daha sonra təhsilini 2000-04 cü illərdə Asəf Zeynallı adına musiqi texnikomunda davam etdirmişdir. Oranı nəzəri musiqi fənnləri müəllimi ixtisası ilə bitirən Xəyal artıq kütləyə çatdırılmış bir neçə mahnının müəllifi idi. Onun ilk uğuru 2000-ci ildə “səbuhi” studiyası tərəfindən buraxılmış, “dözmərəm” albomu olmuşdur. Daha sonra 2003-cü ildə “spase” telekanalında yayımlanan “sing your song” mahnı müsabıqəsində bəstəkarın “ata” mahnısı (ifaçı Sima Qasımova) 1-ci yerə layiq görülmüşdür. 2006-cı ildə isə karate federasiyasının lentə aldırdığı bədii filmin (şeytanın tələsi) musiqilərini bəstələmişdir. Beləliklə bu günkü günədək Ardı »

Bəstəkarlar Və MüğənnilərTill Lindeman

Till Lindemann yaxud Diedrich Lindemann - 4 yanvar 1963cü ildə Almaniyanın Leipzig şəhərində anadan olmuşdur. Rammstein adlı rok qrupun vokalisti və yazarıdır.
[redaktə]
Xarakteri

Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsasə səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır. Özü dəfələrlə demişdir ki, izlyiciləri və konsertdə iştirak edən digər şəxsləri təhlükə altına alacaq heç bir şey etməz. Amma məlumdur ki, öz bədənində birinci Ardı »

Bəstəkarlar Və MüğənnilərBehbud Ağakişiyev

Behbud Ağakişiyev (1954/Bakı, Azərbaycan) - Gitaraçı

Behbud Ağakişi oğlu Ağakişiyev 1954-cü ildə Bakı şəhərinin Suraxanı rayonunda anadan olmuşdur. Uşaqlıqdan qarmon alətinə həvəsi olub. Hələ uşaq ikən 5 yaşında sərbəst ifa edə bilirdi. 1962-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 84№-li məktəbə daxil olub. 1964-cü ildə Suraxanı rayonunda yerləşən 5№-li musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. Yaşadıqları evə 114№-li məktəb yaxın olduğu üçün orta təhsilini orda davam etdirib və 10 illik təhsilini başa vurmuşdur.

1978-ci ildə Bakı Musiqi Kollecinə daxil olmuşdur. Hərbi xidmətə getdiyi üçün təhsili yarımçıq qalıb. Hərbi xidmətdən gələndən sonra təhsilini bitirib. 1982-ci ildə Mədəni Maarif Universtetinə daxil olub. Bu zaman da Ardı »

Bəstəkarlar Və MüğənnilərTolga Çandar

Tolga Çandar - (d. 1959, Milas) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Müasir Türkü (Türk dili:Çağdaş Türkü) qrupu olaraq Gözlə Məni(Türk dili:Bekle Beni) albomunu çıxardı. Cavan(Türk dili:Delikanlı) albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi. Əsl adı Əli Tolgay Çandardır. Ardı »

Bəstəkarlar Və MüğənnilərCeyd İven

Ceyd İven – ingilis müğənnisi və aktrisası.
[redaktə]
Həyatı

Ceyd İven 24 yanvar 1988-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda anadan olmuşdur. 2003-cü ildən sonra Böyük Britaniyada, eləcə də Avstraliyada məşhurlaşmışdır. 2005-ci ildə bir çox televiziya serialına çəkilmişdir. Həyatını işinə həsr edən Ceyd İven R&B qrupunu quraraq işinə davam edir.

31 yanvar 2009-cu ildə Böyük Britaniya milli seçmələrini qazanaraq 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək hüququnu əldə etmişdir. Ceyd İven Böyük Britaniyanı My Time mahnısı ilə təmsil etmişdir və 173 xalla 5-ci olmuşdur. Ardı »

Bəstəkarlar Və MüğənnilərNils Brink

Nils Brink – danimarkalı müğənni.Mündəricat [gizlə]
1 Həyatı
2 Həmçinin bax
3 Xarici keçidlər
4 İstinadlar

[redaktə]
Həyatı

Nils Brink 17 may 1983-cü ildə Danimarkanın Arhus şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı “Believe Again” (Azərbaycan dilində:Yenidən inan) mahnısı ilə təmsil etmişdir. [1] II yarımfinalda xal toplayaraq 8–ci olmuş və finala keçmişdir. Finalda isə 74 xal toplayaraq 13-cü olmuşdur.
[redaktə]
Həmçinin bax
2009 Avroviziya Mahnı Müsabiqəsi
Ardı »

Bəstəkarlar Və MüğənnilərPernilla Karlsson

Pernilla Karlsson-Finlandiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Pernilla Karlsson 1990-cı il iyunun 11-də doğulub. 22 yaşlı bu müğənni Finlandiyanın həndbol üzrə yığma komandasının üzvüdür. Onun həyatında idman və musiqi başlıca yer tutur. Pernilla Karlsson "När jag blundar"[1]("Gözlərimi yumarkən") mahnısı ilə Finlandiyanın Milli Finalının qalibidir. Bununla da o, Avropanın ən populyar televiziya şousunda ölkəsini təmsil etmək şansı qazanıb. Ardı »