İqtisadiyyat ve dunya iqtisadiyyatcilari → Nərgizava nekropolu
Nərgizavada aparılmış arxeoloji tədqiqatlar
Azərbaycanın zəngin antik və ilk orta əsr abidələrindən biri də, Ağsu rayonunun Gəgəli kəndi ərazisində yerləşən Nərgizava abidəsidir. Hələ ötən əsrin 80-90-cı illərində yerli əhali öz həyətyanı sahələrində apardığı təsərrüfat işləri zamanı müxtəlif ölçülü saxsı qablara, tunc, gümüş və qızıl əşyalara, silahlara, insan və heyvan sümüklərinə rast gəlirdilər. Buradan tapılmış 100-dən artıq unikal əşya yerli sakinlər tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə və Ağsu rayon Tarix və Diyarşünasliq Muzeyinə təhvil verilmişdir.
Nərgizava abidəsi 1998-ci ildən elmə məlum olsa da dövlət qeydiyyatına alınmamış və burada arxeoloji tədqiqatlar aparılmamışdır. 2008-ci ildə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən Nərgizava abidəsinə məxsus 25-dən artıq küp qəbir Ardı »