Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariDüzləndirmə əməliyyatı

Düzləndirmə - yeyilmiş pardaq dairələrinin kəsicilik qabiliyyətini və forma dəqiqliyini artırmaq üçün düzləndirici aləti ilə tətbiq edilən prosesdir. Burada ilk növbədə pardaq dairəsinin doğuranı üzrə verilmiş mikrohəndəsə yaradılır ki, onun dəqiq fırlanması və profil dəqiqliyi təmin edilsin. Digər tərəfədən dairənin işçi səthində dənəciklərin arasında yığılmış yonqar hissəcikləri təmizlənir və eyni zamanda yeyilmiş dənəciklər məcburi sındırlma nəticəsində yeni kəsici tillərə yiyələnir. Düzləndirmə baş verən mexaniki yonma pardaq dairəsi ilə düzləndirici alət arasındakı qarşılıqlı təsirlə müəyyən olunur. Dairə alət cütünün nisbi hərəkəti dairənin lazımı topoqrafiyasının və bununla lazımı pəstah səthinin alınması üçün zəmin yaradır. Pardaq dairəsinin profilinin alınması iki istiqamətdə aparıla bilər:
Profilləşdirmə düzləndirici Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariElektroerrozion üsulu

Elektroerrozion üsulu- mexaniki emala tamamlayıcı bir üsul olub elektrik keçirən hissələrin hazırlanmasında tətbiq olunur. Mürəkkəb metallik hissələrin hazırlanmasında bu üsulun yeri əvəz olunmazdır. Çünki, frezləmə üsulunun tətbiqi verilən hissənin həndəsəsindən asılıdır. Böyük dərinlikdə (> 200 mm) yerləşən mürəkkəb konturların effektiv frezlənməsi alətin uzunluğunun məhdud olmasına görə və ya da dəqiqlik baxımından mümkün deyildir. Belə səthlərin emalını elketroerrozion üsulu ilə aparmaq əlverişlidir. Bu üsulun ən çox tətbiq olunduğu sahə dəmir tərkibli metal formaların hazırlanmasıdır.

Elektroerrozion üsulunda metalların emalının iki variantını göstərmək olar:
elektrodla emal;
məftillə emal.

Bü iki kəsmə variantını birləşdirən onların eyni fiziki prinsipə malik olmasıdır. Elektroerrozion üsulu ilk dəfə olaraq rus alimləri Lazarenko B.R. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAlət

Alət - obyektə təsir etmək üçün əli ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil.
[redaktə]
Alət anlayışı

"Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür.

Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir.

Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir.

Ümumlilkdə Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariMaliyyə

Maliyyə iqtisad elminin bir qolu sayılır və elmi fondların idarə edilməsi ilə məşğuldur. Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımını və adətən, pulun borc verilməsi də daxildir. Maliyyə, əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.

Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir. Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariBank kitabçası

Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAerogel

Aerogel (Latın dili. aer – hava, gelatus – donmuş) – maye halı tamamilə qaz halı ilə əvəzolunmuş, gel şəklində materiallar sinfi. Bu tip materiallar möhkəmlik, şəffaflıq, istiyədavamlılıq, olduqca aşağı istilikkeçiriliciklə yanaşı, rekord aşağı sıxlıq xassəsinə malikdirlər. Amorf silisium oksid, silisium, aliminium oksid və həmçinin xrom oksid əsasında olan Aerogellər mövcuddur. 1990-cı illərin əvvəllərində karbon əsasında olan aerogelin ilk nümunələri əldə edilmişdir.

Mündəricat [gizlə]
1 Strukturu
2 Tarix
3 Xassələri
4 İstifadəsi

[redaktə]
Strukturu

Aerogel məsaməli meteriallar sinfinə aiddir, bu sinif materiallarda basıqlıq ümumü həcmin ən azı 50% -ni təşkil edir. Adətən bu nisbət 90-99%a çatır, sıxlıq isə 1 -150 кq/м³ təşkil edir. Aerogelin strukturu ağacşəkilli tora bənzəyir. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariGiliz

Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır. Ardı »