Sevgi mesajları → Mehebbet Ve Guller(menalari)
MƏHƏBBƏT VƏ GÜLLƏR
QIZIL GÜL – Məhəbbət , həyat, təntənə, qələbə rəmzidir.
Qədim zamanlardan bəri gənclər sevdikləri qıza qızıl gül göndərərdilər.
Bununla da qızlara öz məhəbbətlərini elan etmiş olurdular.
Əgər qız göndərilən qızıl gülü qəbul edirsə bu sevgiyə razılıq əlaməti hesab olunur.
QƏRƏNFİL – Qərənfil gülü ehtiraslı məhəbbət, həyəcan əlamətidir.
Lakin 20 yanvar hadisələrindən sonra bu gül əsl mənasında deyil, qəm-qüssə əlaməti olaraq rəhmətə getmiş insanların məzarlarının üzərinə qoyulur.
SU ZANBAĞI – Sən su pərisi kimi gözəlsən deməkdir.
ASTRA GÜLÜ – Bu gül qəm- qüssə, kədər bildirir.
Bir vaxtlar bir-birilərini sevmiş, sonradan hansı səbəbdənsə ayrılmış, ancaq keçmiş məhəbbətlərini unuda bilməyənlər biri-birlərinə astra gülü göndərməklə keçmişi xatırla, keçmiş sevgini ürəyində Ardı »