Sevgi varmı? → Siqaret, Mən Və Xəyallarım...
Siqaret əlimdə,sözlərim dilimdə,sevgin qəlbimdə...
Yadıma düşdün yenə. Bir siqaret yandırıb,dilimdə olan sözlərimi,qəlbimdə olan sevgimi,siqaretlə bölüşürəm dərdlərimi. Bir tüstü alıb sinəmə xəyallara dalıram. Qəlbim bilmirəm həsrətindən,ya nədənsə titrəyir. Hər halda yenə səni istəyir. İkinci siqaret tüstüsüylə,ciyərlərimə gedən zəhərlə,sevgimizin şəklini çəkirəm. Keçən günlərimiz canlanır gözlərimdə. Ciyərlərimnən çıxan o tüstülərlə baş tutmayan xəşbəxt ailəmizin şəklini çəkirəm. Bəylik paltarında, əlimdə sənin üzüyün, yanımda sən və sevdiyin gəlinlik paltarında. İndi biz birlikdə olmasaqda səni mənə xatırladan xəyalların mənimlədi. Növbəti siqaret tüstüsüylə qeyri adi şəkil çəkdim. Xəyallar aparmışdı məni. Xoşbəxt ailənin şəklindən sonra birdən məzar gördüm. Mənim məzarım idi. Kənardan baxırdım. Necə də sakit, tənha idi. Üşüyürdü deyəsən. Ardı »