Sevgi varmı? → **3_TeSiRLi_HeKaYe**
1.ÜMİD
------------------------------------------------------------------------------------------
Dörd şam sakitcə yanırdı.
Otaqda səssizlik olduğu
üçün şamların pıçıltısı
eşidilirdi.
Qapının arxasında dayanan
uşaq diqqətlə onların
söhbətini dinləyirdi...
Birinci şam “Mən Sülhəm.
Ancaq heç kim mənim
yanmağıma kömək etmək
istəmir.
Nə qədər yanmaq istəsəm
də, bilirəm ki, sönəcəyəm”
– dedi və
səssizcə söndü...
Ikinci şam “Mən
Səmimiyyətəm.
Ancaq deyəsən, heç kimin
mənə ehtiyyacı yoxdur.
Artıq yanmağımın da bir
mənası qalmadı”, - dedi və
sönərək qaranlıqlara qərq
oldu...
Üçüncü şam “Mən
Sevgiyəm. Ancaq insanlar
məni özlərindən
uzaqlaşdırmağa çalışırlar.
Artıq onlar öz yaxınlarını
da sevmirlər”, - deyərək bir
göz qırpımında sönüb
getdi...
Pıçıltıların kəsildiyini görən
uşaq içəri girdi. Sönmüş
şamlara
baxaraq hönkür-hönkür
ağlamağa başladı.
Dördüncü şam yumşaq bir
səslə uşağa
təskinlik verərək “Qorxma,
nə qədər ki, mən yanıram
heç bir şam sönə bilməz.
Çünki, mən ÜMİDƏM!” –
dedi. Gözləri parıldayan
uşaq Ümid şamını
götürərək o biri şamları
yandırdı...
2.Hökm çıxarmağa tələsmə!
------------------------------------------------------------------------------------------
Cərrahın telefonu zəng
çaldı:
-Bəli, eşidirəm.
-Cənab həkim, ağır xəstə
var, özünüzü
çatdırın.
-Gəlirəm Ardı »