Sevgi varmı? → Sensizliye Son Musiqi
Məni özümə düşmən edib qəlbimin bir yarısını söküb alıb gedəcəyinə, heç inanmamışdım sevgilim, həm də heç bir zaman inanmamışdım. Günlərin birində məni yarı yolda buraxıb gedəcəyini məndən başqa hər kəs bilirdi. Bu dünyada bir mən idim sənə inanan, güvənən, sevən və hər zaman hər bir şeydə dəstək olan. Sən isə sənə inanmayanları haqlı çıxartdın və məni tərk etdin.
Səninlə birlikdə qurduğum dünyanı yerlə bir edib getmənə nə səbəb oldu bilmirəm. Mən yalnızca sənə aşiq deyildim eyni zamanda da, sən mənim ən gözəl dostum idin. Nələr edəcəyimizi danışardıq biri birimizə, həyatımızı paylaşardıq. Ağlamaqdan qorxmazdım. Bilirdim ki, ağladığımda sən yanımda olub göz yaşlarımı Ardı »