Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Q hərfiQab görmək

Yuxuda təmiz qab görmək xoşbəxtlik çağının başlanğıcına işarədir; nəhayət, tale sizin də üzünüzə güləcək. Çirkli qab pis gələcəyə işarədir. Yuxuda əlinizə qab almısınızsa, həqiqətdə uğur sizi hökmən tapacaq; qablar əlinizdən düşüb sınıbsa, uğurlu hadisələrin müddəti qısa olacaq. Yuxuda rəfdə işıq saçan qablarınızdan zövq almısınızsa, bu, imkanlı olduğunuza və yaxşı gəlirə işarədir. Gənc qadın gözəl qab-qacaq mağazasına giribsə və mallara heyran olubsa, onu yaxşı bir insanla xoşbəxt evlilik gözləyir. Səliqəsiz, boş rəfləri olan qab mağazası işlərdə dolaşıqlıq və ruh düşkünlüyünə işarədir.


Уuxuda qab görmək o deməkdir ki, sizi qəmli hadisələr gözləyir. Əgər yuxuda qabı su ilə doldurursunuzsa, bu, işlərinizdə uğur vəd edir. Belə Ardı »

Q hərfiQızarmış çörək görmək

Yuxuda pendirlə qızarmış çörək yemək o deməkdir ki, işləriniz tezliklə qarışıq vəziyyətə düşəcək, çünki diqqətiniz və fikirləriniz bir hiyləgər qadına yönələcək, göylərdə uçacaqsınız. Siz qeyri-müəyyən xəyallar və nəticəsiz arzularla yaşayacaqsınız. Ardı »

Q hərfiQızıl balıq görmək

Yuxuda qızıl balıq görmək çoxlu uğurlu və xoş əyləncələrə işarədir. Gənc qadın üçün belə yuxu yaraşıqlı bir insanla evliliyə işarədir. Əgər balıq süst və ya ölüdürsə qadın üçün ağır iztirablar gözlənilir. Ardı »

Q hərfiQAYIQ

Röyada özünü qayıqda görən cavan oğlan səmimi bir dostu tərəfindən aldadılacaq, müşkül bir durumda qalacaqdır. Röyanı görən orta yaşlarında olarsa, pul itgisi üznüdən onun yaşayışı dəyişəcəkdir. Cavan qadın üçün bu cür yuxu-səmimi bir dost əldə etməyə; yaşlı qadın üçün-uçuq-sökük, xaraba bir evə daşınmağa yozulur. Ardı »

Q hərfiQIRMAQ (sındırmaq)

-Röyada hər hansı bir şeyi qırmaq o qədər də pis əlamətə yozulmur.
Cavan oğlanın yuxusunda çini qab-qacaq və s. qırması-verdiyi sözü, müqaviləni və ya nişanlanma işini pozacağına, sonralar bunun onun özüyçün xeyirli olacağına, böyük bir fəlakəti dəf edə biləcəyinə yozulur. Orta yaşlılar üçün bu röya-iş həyatında diqqətli və ayıq olmağın gərəkliyini göstərir. Daha yaşlı adamlar da bu cür yuxu görərsə, tədbirli və təmkinli olmalıdırlar. Ardı »