Maraqli Melumatlar ve gozellik sirleri → Gözəl görünmək üçün maraqlı hiylələr
Qüsursuz və çəkici görünmək üçün saatlarla güzgünün qabağında əlləşirik. Halbuki bunun üçün sadə yollar mövcuddur. Sun.az xarici mətbuata istinadən, asan şəkildə edilə biləcək bəzi makyaj hiylələrini sizə təqdim edir.
Alt kirpiklərinizə tuş çəkəndə yayılmağını istəmirsinizsə, plastmas qaşığın arxa hissəsini kirpiyinizin altına qoyun.
Layneri və ya qələmi səliqəli çəkmək istəyirsinizsə, gözün üstünə asan qoparıla bilən plastır yapışdırın. İşinizi bitirəndən sonra yavaşca çıxarın.
Göz ətrafının rəngini açmasanız, göz makiyajının solğun görünmək ehtimalı var. Bunun üçün ağ və ya bej rənglərdən istifadə edə bilərsiniz.
Köhnə tuşun fırçasını isti suyun altında tutun. Su şəffaflaşana qədər gözləyin və fırçanı yenidən öz qabına yerləşdirin. İsti suyun təsirindən tuşunuz təzə kimi olacaq.
Gözlərinizin Ardı »