Maraqli Melumatlar ve gozellik sirleri → Qüsursuz və parıltılı dəri üçün pilinq maskaları
Qüsursuz və hamar dəriyə sahib olmaq üçün ilk olaraq dərini ölü hüceyrələrdən təmizləmək lazımdır. Sun.az az mətbəxdəki ərzaqlardan asan hazırlanan pilinq reseptlərini təqdim edir:
Şəkər mükəmməl soyucudur. Şəkər dərini dərindən təmizləyir. Bir qaşıq şəkəri iki yemək qaşığı qliserinlə, yaxud dəri tipinə uyğun təbii bitki yağı ilə qarışdırıb üzünüzə çəkin. Qarışığı ovcunuzun içinə alaraq üzünüzə dairəvi hərəkətlərlə masaj şəklində çəkin. 5 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.
Çiy yulaf dəri üçün mükəmməl qidadır. Belə ki, üzü təmizləyərək təravət və rəng verir. 3 çay qaşığı təzə yulafı 1 çay qaşığı bal ilə qarışdırın. Sonra içinə 1 çay qaşığından az alma sirkəsi əlavə Ardı »