Maraqli Melumatlar ve gozellik sirleri → Qoruyucu mələklərin göndərdiyi siqnallar
Qoruyucu mələklər baş verəcək anlaşılmazlıqları, təhlükələr haqqında əslində bizə xəbərdarlıq edirlər. Amma biz onların siqnallarını vaxtında tuta bilirikmi?
Küçədə qarşınıza qozbel adam, qoca və ya qadın çıxır
Qoruyucu mələklər xəbərdarlıq edir ki, siz bu gün qonaqlıqda, şənliklərdə olacaqsınızsa, yubanmayın. Hava qaralandan sonra evdən bayıra çıxmayın. Çünki bu gün siz, xuliqan, dələduz, ağıldankəm adamların qurbanı ola bilərsiniz.
Başınızın üstündən çoxlu qara quş, qarğa dəstəsi uçur
Qoruyucu mələyiniz xəbərdarlıq edir ki, əgər siz hər hansı səyahət təşkil eymisinizsə, onları təxirə salın. Çünki yolda kifayət qədər uğursuzluqla qarşılaşa bilərsiniz, hətta sağlamlığınıza zərər gələ bilər.
Diyircəkli qələmin mürəkkəbi axıb, qolunuza tökülür
Nəbadə müdiriyyətdən maaşınızın qaldırılması və ya yüksək vəzifəyə keçirilməyinizi istəyəsiniz. Ardı »