Maraqli Melumatlar ve gozellik sirleri → Bakının girişində tüğyan edən qadın alveri
2006-cı ildən bu günədək Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub, onlardan 10-u məcburi əməyə cəlb etmə olub. Hesabat dövründə 363 nəfər insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib, 225 cinayətkar qrup (onlardan 8 mütəşəkkil qrup zərərsizləşdirilib) və 473 insan alveri qurbanı müəyyən edilib. Bu barədə İnsan alverinə və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfransda daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.Onun sözlərinə görə, dünyada 20 milyon nəfər insan alverinin qurbanı, o cümlədən 14 milyon insan məcburi əməyin qurbanı olur. Buradan gələn pullar beynəlxalq terrorçuluğun maliyyələşməsinə xərclənir. V. Eyvazov qeyd edib ki, hər il büdcədən insan Ardı »