Maraqli Melumatlar ve gozellik sirleri → Xoşbəxtlik,Ehtiras,Xəyanət-bir sözlə,Qadın!
Mən söhbətimə xoş ovqatla başlamaq qərarına gəldim; Nizaminin beytiylə başlayıram:
Çox gözəl arvad var, mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.
Qədim Hindistanda xoşbəxtliyin, həyatın mənası iki prinsipə: bədənin, hisslərin həzz alması və cismani iztirablardan xilas olmaqdır: «həzz nemətdir, təbiətin bizə çağırışıdır. Uşaqlar ən çox həzzə həssasdırlar. Böyüklər, ən ciddi, aydın, ağıllı, yaşlılar da həzzə can atarlar. Fəzilətli adam öz fəzilətindən həzz alır».
Fəzilətə, səadətə, xoşbəxtliyə qovuşmaq İnsana fitrətən məxsus keyfiyyətdir və buna nail olmaq yolları müxtəlifdir. Biz isə birisi üzərində dayanacağıq: Qadın (Kişi) özünün ehtirası ilə, həzzini ödəməklə səadətə, xoşbəxtliyə çata bilərmi? Təbii həyat prinsiplərinə əməl eləməklə buna nail olmaq mümkündürsə, burada qəbahət Ardı »