Maraqli Melumatlar ve gozellik sirleri → Özünə inamı az olan kişilər qadınları işləməyə qoymur..
Qadınların işləməsinə münasibət heç vaxt birmənalı olmayıb. Bir çox ailələrdə hələ də zərif cinsin nümayəndəsinin çalışmasına pis baxırlar. Əksər kişilər bunu belə izah edir ki, onun xanımına kimsə əmr edə, onu buyura, danlaya, irad tuta bilməz. Mütəxəssislər bunu daha çox psixoloji problemlərlə və mental düşüncə tərzi ilə əlaqələndirirlər. Araşdırmalara görə, kişilərin 50-60 faizi xanımlarının işləməsinə razı deyillər.
Psixoloqlar bunu bir çox səbəblərlə izah edirlər. Kişilərdəki qısqanclıq, qürur, eqoizm kimi hisslər onların xanımlarının işləməsini qəbul etməməsinə səbəb olur. Qorxu hissi də bu faktorlar arasında xüsusi yer alır. Xanımın daha çox pul qazanması, daha yaxşı yerdə işləməsi nəticəsində get-gedə həyat yoldaşına qarşı münasibətinin dəyişməsindən Ardı »