Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil yenilikler"Bakcell" şirkəti yeni SMS tariflərinin tətbiqinə başladı

Daha öncə də məlumat verdiyimiz kimi Bakcell şirkəti ölkəxaricinə göndərilən SMS-lər üçün yeni tarifin tətbiqinə başlayır. Yeni tariflər bu gündən etibarən qüvvəyə minir.

Şirkətin verilən məlumata görə, aşağıdakı tarif paketlərinin abunəçiləri tərəfindən xarici nömrələrə göndərilən SMS üçün yeni qiymət 0.06 AZN (ƏDV daxil olmaqla) təşkil edəcək:

"ƏlaCIN",
"DogmaCIN",
"QoşaCIN",
"SevimliCIN",
"SevinCIN"
"KLASS 7"
Ardı »

Mobil yenilikler"Azərbaycanda mobil internet bazarının 40%-inə sahibik"

"Bakcell" şirkəti bu gün Azərbaycanda mobil internet bazarının 40%-inə sahibdir. Bizim təqdim etdiyimiz mobil internet hətta ən yaxın rəqibimizdən belə qat-qat yüksək və keyfiyyətlidir" - bu sözləri MoBiz.az-a açıqlamasında "Bakcell" şirkətinin icraçı direktoru Riçard Şirer bildirib.


Cənab Şirer həmçinin əlavə edib: "Məhz "Bakcell"in təqdim etdiyi mobil internet sayəsində Azərbaycan bu sahədə hətta Böyük Britaniyanı belə qabaqlayır. Belə ki, bizim təqdim etdiyimiz tariflərə əsasən 1GB internet trafik 1.20 AZN təşkil etdiyi halda, Böyük Britaniyada bu rəqəm 9 AZN təşkil edir. Bütün bu göstəricilərə əsasən demək olar ki, "Bakcell" şəbəkəsi və təqdim etdiyi mobil internet ölkədə və regionda liderdir". Ardı »