Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəBəşəriyyətin yaranması

Bütün dövrlərdə bu insanları düşündürən bir sual olmuşdur:

-Kainat necə yaranıb ?

Əsrlər boyu alimlər bu mövzuda tədqiqatlara aparmışlar belə ki, bir sıra nəzəriyyələr yaranmışdır.19-əsrdə əsas fikir belə idi:

-Kainat ölçüsü sonsuz maddələr toplusudur.

Materialist fəlsəfəsinin fundamenti olan bu fikir yaradanın (ALLAHın) varlığını inkar edir,kainatın başlanğıcı və sonu olmadığını irəli sürürdü.«Materializm» varlıq olaraq sadəcə maddəni qəbul edən fikirlər sistemidir.Marks,Engels,Lenin,Trotskiyə görə maddədən savayı heç bir şey mövcud deyildir.Bu fikirlərin mənşəyi yunan antik dövründən gəlməkdədir və 19-cu əsrdə getdikcə yayılaraq Karl Marksun «dialektik materializm» adından tanınmışdır.

«Fəlsəfənin fundamental prinsipləri» əsərində materialist alim Corc Politzer yazır :

-«kainat yaradılmış bir şey deyil,əgər onu yaradan yaratsaydı onu heç nədən yaradardı».

Ardı »

FəlsəfəMövlanə Cəlaləddin Rumi "Gəl"

“Gəl, gəl, daha da yaxına gəl, bu çəkişmə yolunda nə vaxta qədər çəkişəcəyik? Madam ki, sən mənsən, mən də sənəm, artıq bu mənlik və sənlik nə əhəmiyyət daşıyır? Biz haqqın nuruyuq. Onun güzgüsüyük. Bu halda, özümüz özümüzlə, bir-birimizlə nə səbəbə çəkişirik? Bir işıq işıqdan nəyə görə qaçmalıdır? Biz hamımız, bütün insanlar, bir bədən kimi yetkin bir insanın varlığında vəhdət tapmış kimiyik. Lakin nə üçün belə çaşqınıq? Bir vicudun üzvləri olduğumuz halda, nə üçün varlılar yoxsullara xor baxır? Eyni bədəndə olan sağ əl, sol ələ xor baxa bilərmi? Madam ki, hər ikisi sənin əlindirsə, eyni bədəndə uğurlu və uğursuz nə məna daşıyır? Ardı »

FəlsəfəXIX əsr alman fəlsəfəsi

a) Hegelin sistemi və dialektikası;
b) L.Feyerbaxın antropoloji materializmi;
c) K. Marksın tarix fəlsəfsi.

a) Hegelin sistem və dialektikası
İ.Kantdan başlayaraq Alman klassik fəlsəfəsi ənənəvi metafizikadan subyektin öyrənilməsinə doğru uğurlu addımlar atmağa başlamışdır. Yenə də Kantdan başlayaraq fəlsəfi bilik sahəsində çox böyük dəyişikliklər, o cümlədən ağırlıq mərkəzinin subyektin və onun fəaliyyətdə olan təbiətinin öyrənilməsinə yönəldilməsi ilə bağlı olmuşdur. Alman klassik fəlsəfəsinin inkişafının kuliminasiya momenti Hegel (1770– 1831) fəlsəfəsi olmuşdur. Hegelin Kantı tez– tez tənqid etməsinə baxmayaraq, onun sistemi Kantın fəlsəfi sistemi olmadan meydana gələ bilməzdi.
Ümumiyyətlə, XIX əsr fəlsəfəsinə Hegelin təsiri olduqca bö­yük olmuşdur. XIX əsrin sonunda Amerika, İngiltərə, ümumiyyətlə Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti, Ardı »

FəlsəfəEtika fəlsəfi elmdir

Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir.
Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.

İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, Qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız «fəlsəfənin kandarına» çatmaqda idi. Bununla belə, sinkretik (bölünməmiş) mifoloji dünyagörüş dünya haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında Ardı »

FəlsəfəYeni dövr fəlsəfəsi

XVII əsrdən başlayaraq fəlsəfənin inkişafında yeni dövr adlandırılan mərhələ başlamışdır. Yeni dövr fəlsəfəsində təcrübəvi təbiətşünaslıqdan irəli gələn güclü materialist meyl xarakterik cəhətdir. lakin bu materializm mexaniki, metafizik materializmi idi. Təbiətin öyrənilməsində bu cür yanaşma metodu F.Bekon olmuşdur. O, öz fəlsəfi əsərində antik dövrün idealizmini və orta əsrlər dövrünün idealizmini və orta əsrlər dövrünün sxalastikasini kəskin tənqid edərək fəlsəfənin vəzifəsini elmdən istifadə etməsini göstərmişdir. Onun fikrincə, bu işdə yeni idrak metodu mühüm rol oynamalıdır, çünki «bilik qüvvədirsə, metod ona aparan yoldur, yoçunun yolunu işıqlandıran fanardır».
Təbiəti, materiyanı ilkin hesab edən F.Bekona görə onlar dərk ediləndirlər. İdrakın əsasını maddi aləm təşkil edir və o, Ardı »

FəlsəfəIntelligent design-Şüurlu layihə və yaxud Şüurlu dizayn

Intelligent design ( Şüurlu layihə və yaxud Şüurlu dizayn) müzakirələri
Bu gün ABŞ-da universitet səviyyəsində müzakirə mövzusu olan “Şuurlu dizayn” anlayışı azad düşüncəyə bir nümunə olaraq göstərilə bilər. “Natura” jurnalının son saylarından birində, “Şüurlu dizayn: Tələbələrimizin düşüncə tərzlərindəki istiqaməti kimlər layihələşdirir?” adlı məqalə bu sözlərlə başlayır; “Şüurlu dizayn hərəkatı ABŞ Universitetlərində kiçik, lakin böyüyən bir gücdür...”
“Yaradılışçılığın Troya atı: Şüurlu Dizayn qılıncı” adlı kitabın yazarlarından olan, Southeastern Louisiana Universitetinin fəlsəfəçisi Barbara Forrest xəbərdarlıq edir ki, “Şüurlu dizayn müdafiyəçiləri, cəmiyyətin elm anlayışında qırılma nöktəsi meydana gətirərək, insanları elmi bir açıqlama əldə etmək üçün təbiətüstü güclərə müraciət etməyin mümkün olduğuna inandırmağa çalışırlar” (Burumfiel, 2005). Onu Ardı »

FəlsəfəSubstansiya

Substansiya (lat. substantia — mahiyyət; sözünün hərfi mənası əsasında duran deməkdir) — fəlsəfi baxış deməkdir.
Hələ qədimdən mütəfəkkirlər hiss etmişdilər ki, dünyada sonsuz sayda dəyişikliklər (inkişaf, məhv olma, birləşmə, parçalanma və s.)baş verməsinə baxmayaraq müəyyən bir sabit,dəyişməz əsasda mövcuddur. Bunu onlar substansiya və yaxud da ilkin materiya adlandırırdılar. Doğrudur bu əsası müxtəlif cür təsəvvür edirdilər. Bəziləri onu suda, havada və odda görürdülər. Digərlərinin fikrincə dünyanın dəyişməz əsası suyun,odun,torpağın və havanın birləşməsidir. Bu cür baxışlar ilk nəzərdə sadəlövh görünsə də təbiətin və cəmiyyətin izahında müsbət rol oynamışdır. Belə ki, Yer kürəsinin və Günəş sisteminin yaranması, maddələrin daxili quruluşu haqqında söylənilən fərziyyələr bu fikrə Ardı »

FəlsəfəMisirdə fəlsəfə

Misir Afrikada yerləşir. Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir.
Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi.
Rus dilində Misirə Eqipet (Египет) deyirlər. Bəzi tədqiqatçıların fikrin­cə, «Eqipet» sözü qədim yunan sözü olan «Ayqyuptos» sözündən əmələ gəlmişdir. Misirlilər özləri ölkələrini torpaqlarının rənginə uyğun olaraq «Ta Kemet»– «Qara torpaq» adlandırırdılar. Herodota görə, «Misir Nilin töhfəsidir». Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri– mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin özündə Ardı »