Valideynə məsləhət → Uşağa mənfi təsir edən nənə və baba
Nənə-baba bəzən bilmədən uşağı çox ərköyün etməklə tərbiyəsinə mənfi təsir göstərə bilər.
Tərbiyə prosesində nənə-babanın rolu böyük əhəmiyyət daşıyır. Çünki ailə tək ata, ana və uşaqdan ibarət deyil. Hər bir qohumla olan münasibətin belə uşağa təsiri olur. Nənə-baba tərbiyəsi isə birinci növbədə qayğı, müdriklik və həyat təcrübəsi deməkdir. Uşaq onlarla münasibət nəticəsində yaşlı nəsilə davranış qaydalarını öyrənir. Bəzən gənc ailələr övladlarının tərbiyəsini valideynlərinə etibar etməkdə bir az tərəddüd edirlər. Əvvəla valideynlərimiz uşaqlarımıza baxırlarsa, buna görə onlara təşəkkür etməliyik, çünki onlar öz vəzifələrini görüb bizi böyüdüblər artıq və nəvələrinə baxmaq məcburiyyətində deyillər. Bundan başqa valideynlərimizin bizi düzgün tərbiyə etdiklərini düşünürüksə, övladlarımızı rahatlıqla onlara Ardı »