Valideynə məsləhət → Uşağınızdakı qorxunun səbəbi nədir? Hədsiz emosionallıq, yoxsa laqeydlik?
Qorxu insan həyatının ayrılmaz tərkib hissəsidir. Hər bir insanda qorxunun olması təbiidir. Qorxu hissi insanların dəhşət hesab etdiyi hisslərdir. Tədqiqatlar nəticəsində qorxu hissini yaradan səbəblərin müxtəlif olması ilə əlaqədar 100-dən çox qorxu növü ayırd edilmişdir. Qorxular həm böyük, həm də kiçik yaşlarda müşahidə olunur.
1-3 yaşlarında müxtəlif elektrik əşyalarının (tozsoran, mikser, fen və s.) səsindən, göy gurultasından, ata-anadan ayrı qalmaqda, böyük obyektlərdən qorxu yaranır.
3-4 yaşndakı uşaqlarda real hadisələrlə yanaşı xəyallar da qorxu mənbəyi sayılır. Bunun səbəbi uşağın inkişaf etməkdə olan xəyalının gücüdür. Buna görə də ağıllı və bacarıqlı uşaqlarda qorxular daha qabarıq şəkildə özünü büruzə verir.
5-6 yaşlı uşaqlar nağıllardakı Ardı »