Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarRamiz Vəliyev

[color=#fe5e5e]Ramiz Vəliyev – Əməkdar artist.[Mənbə göstərin]
[redaktə]
Həyatı

Ramiz Vəliyev 1959-cu ildə Gəncədə anadan olmuşdur. 1974-cü ildən Gəncə Dövlət Dram teatrında yaradıcı aktyor heyyətində, aktyor kimi işə başlayıb, 1981-1985 ci illərdə M.A.Əliyev adına İncəsənət universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.

1990-cı ildən C.Cabbarlı adına Gəncə Dövlət dram teatrında işləməyi ilə bərabər Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır:

"Bəhram şah"da Bəhram şah, "Şairin məhəbbəti"ndə Məhəmməd, "Gül və Zəhərdə" II loğman, "Qızıl zəncirlər"də Usta, "Məhəbbətin qənimi"ndə Aqil, " Memarın məhəbbəti" – Əcəmi, " Yeddi məhbusun şikayəti" – Çoban, "Dərd yükü" – aparıcı Ardı »

AktyorlarTəvəkkül Əhmədov

Aktyor
[redaktə]
Həyatı
Rejissor Cavid Təvəkkülün atasıdır.
[redaktə]
Filmoqrafiya
Salur Qazanın evi talandığı boy (film, 2001)
Yanmış körpülər (film, 2003)
Böhtan (film, 2008)
Azarkeş (2008)
Sovqat (film, 2009)
Döngələr (2012)
Dalan (film, 2012)
Ardı »

AktyorlarRamil Əliyev

Filmoqrafiya
Kəsişməyən yollar (film, 2002)
Əsgər anı (veriliş, 2007)
Böhtan (film, 2008) Ardı »

AktyorlarƏbdülqəni Əliyev

Aktyor. Rejissor.
[redaktə]
Həyatı

Abdulqəni Zəhmət oğlu Əliyev 21 oktyabr 1963-cü ildə Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində (1980-1984), Moskvada ÜDKİ-nin quruluş fakültəsinin aktyor şöbəsində təhsil alıb (1986-1990). Yuğ Teatrında, NRC-da, ABA, Space, AzTV, İTV televiziya kanallarında çoxsaylı verilişlərin rejissoru olub. Reklam və kliplər çəkib.
[redaktə]
Filmoqrafiya
Sahilsiz gecə (film, 1989)
Oyun (film, 1996)
Fatehlərin divanı (film, 1997)
Hər şey yaxşılığa doğru (film, 1997)
Yalançılar (film, 2008)
Əlavə təsir (film, 2010)
Sirr (serial, 2012) Ardı »

AktyorlarCeyhun Mirzəyev

Ceyhun Mirzəyev - aktyor, rejissor, rejissor assistenti.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ardı »

AktyorlarÇarli Şin

[color=#f82e00]Çarli Şin (ing. Charlie Sheen; əsl adı Karlos İrvin Esteves (ing. Carlos Irwin Estévez, 3 sentyabr 1965, Nyu-York, ABŞ) — ABŞ aktyoru, aktyor Martin Şinin kiçik oğlu.

Çarli Şin karyerasının ilk illərində "Tağım" "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Sİti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə o, 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən skandallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci il 7 martda CBS və Warner Bros. Television şirkəti tərəfindən serialdan Ardı »

AktyorlarOktay Mehdiyev

[color=#4866e7]Həyatı

Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub.

1994-cü ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1988-ci ildə oranı bitirmişdir.

1999-cu ildən hal-hazıradək H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V.Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur.

Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə.M.Lələdağ "Tələ"), Vəliqulu (C.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G.Xuqayev "Bir köpək vardı"), Təkgöz ( K.Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y.Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə.M.Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Ardı »

AktyorlarAğaxan Şərifov

Həyatı

Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. İncəsənət İnstitutunda dram – kino aktyorluğu şöbəsində təhsil alıb (1986-1990). Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən Musiqili Komediya Teatrının aktyorudur.
[redaktə]
Filmoqrafiya
Nə gözəldir bu dünya... (film, 1999)
Əlavə təsir (film, 2010)
Ardı »