Aktyorlar → Miribrahim Həmzəyev
Həmzəyev Miribrahim Tağı oğlu - aktyor, rejissor.Mündəricat [gizlə]
1 Həyatı
2 Teatr səhnəsində oynadığı rollar
3 Səhnələşdirdiyi əsərlər
4 Həmçinin bax
[redaktə]
Həyatı
Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində doğulub. Səhnə sənətinə məhəbbəti yeniyetmə yaşlarından başlayıb. Əvvəlcə Gəncə İşçi klubunda, sonralar Qadınlar klubunda, bir müddət paralel olaraq Dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub. Əksəriyyətini özü və həmçinin Ədil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın", "Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.
İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində Türk Ardı »