Aktyorlar → İbrahim İsfahanlı
İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897 - 1967) - aktyor, arxiv kadrlar.
[redaktə]
Həyatı
Tiflis Azərbaycan peşəkar teatrının formalaşmasında, truppanın dövlət statusu almasında, kollektivin aktyor ansamblının sənətkarlıq səciyyələrinin təkamülündə, romantik aktyor məktəbinin Gürcüstanda geniş intişar tapmasında müstəsna xidmətləri olan səhnə fədakarlarından biri də İbrahim İsfahanlı olub. Aktyor, rejissor və teatr təşkilatçısı idi. Xüsusi teatr təhsili görməmişdi, ancaq fitrətən aktyor doğulub, güclü fəhmlə səhnənin hər incəliklərini duyurdu, çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edirdi. Təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı idi. Həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün Ardı »