Aktyorlar → Xosrov Mamayev
[color=#fe5e5e]Musiqiçi. Aktyor.
[redaktə]
Həyatı
Mamayev Xosrov Əşrəf oğlu 31 avqust 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cı ildə Asəf Zeynallı adına Musiqi məktəbinin zərb alətləri fakültəsini bitirib. 1 sentyabr 1998-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında orkestr artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində «O olmasın, bu olsun», «On min dollarlıq keyf», «Nəğməli Könül», «Dəli dünya», «Bir saat xəlifəlik», «Hələlik», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «Şeytanın yubileyi», «Qadınsız yaşamaq olmaz» kimi tamaşalarında iştirak etmişdir. Orkestr artisti Ardı »