Kəbirli elinin Hacı Hüseynəlili, Hacı Həsənli, Mirzə Haqverdili, Cəfərbəyli, Həmidbəyli, Ağabəyli,Bağanıslıbəyli Hacıbəyli, Böyükbəyli və digər qolları vardı. Kəbili elinin XVIII yüzilin sonu, X1X yüzilin önlərindəki obaları: Çəmənli-Hətəmxan, Çəmənli-Hacı Tahir, Novruzlu, Seyidli, Qərvənd-Ağakişi bəy, Əhmədavar, Qurd-Qaradağlı, Qurd-Dördlər, Qurd-Gürcüstan, Qurd-Bərdə, Qaibalılı, Əfətli, Tərəkəmə-Cəfərbəyli, Tərəkəmə-Məhəmmədəlibəyli, Qiyaməddinli, Yusifcanlı, Mərzili, Saibalılı-Abbasqulu bəy, Saibalılı-Zeynalabdinli, Hüsülü, Pirzadlı, Rəncbərlər, pərioğlular, Kələbədin, Şelli, Minaxurlu, Təzəkçi, Tatar, Tərəkəmə-Əhmədağalı, Tərəkəmə-Imamqulubəyli, Hacıvəlilər və başqaları. Kəbirli eli öz adını Qarabağın iki mahalına vermişdi. Uzun illər bu mahalları Kəbirli soylu naiblər idarə etmişdilər. Kəbirlilər hazırda Qarabağın bir neçə bölgəsində, öz adlarını daşıyan kəndlərdə, o ayaqdan da Səlmanbəyli, Hacıbədəlli, Rəncbərlər, Pərioğlular şenliklərində yaşayırlar. Kəbirlilər Qarabağ tarixində Ardı »