Azərbaycanlı sülalələr → II Şah İsmayılın dövlət idarəçiliyi
Xalqın vəziyyəti I Şah Təhmasibin hakimiyyətinin son illərində xüsusilə ağırlaşmışdı. Alessandrinin şəhadətinə əsasən, son 8 il ərzində quldurların əli ilə 10 min nəfərdən artıq adam öldürülmüşdü. Yollar təhlükəli idi, tacir anbarlarına hücumlar adi hal almışdı. Həsən bəy Rumlunun qeydlərinə görə, I Şah Təhmasibin ölümü əyanlar arasında böyük təlaşa və çaxnaşmaya səbəb oldu. Seyidlər, qazılar və üləmalar öz həyatları üçün narahat olur, "pozğun ünsürlərin və qara camaatın" (ronud və ovbaş)62 üsyanından qorxurdular. Belə bir təhlükənin heç də xəyali deyil, gerçək olduğunu şahın ölümündən sonra, on gün ərzində Qəzvində qarışıqlıq hökmsürdüyünü xəbər verən İskəndər bəy Münşinin məlumatlarından da görmək olar. İskəndər bəy Münşi Ardı »