Qidalanma və Dieta → Kofeinli qəhvə görmə qabiliyyətini zəiflədir
ABŞ-ın Alabama Universitetinin Göz Elmi Mərkəzinin mütəxəssisləri kofeinli qəhvənin gözə ziyanını araşdırıblar. Elmi Mərkəzin həkimləri kofeinli qəhvənin çox istehlak olunmasının görmə qabiliyyətini zəiflətdiyini aşkar ediblər.
ABŞ-lı mütəxəssislərin araşdırmasına görə, kofeinli qəhvəni çox içənlərdə eksfoliativ qlaukoma növü göz təzyiqini artırır.
80 mini qadın olmaqla 120 min nəfər arasında aparılan araşdırmada hər hansı göz xəstəliyi olmayan və 40 yaşdan az olan insanlar iştirak ediblər.
İştirakçıların qəhvə aludəçilikləri və göz təzyiqi ilə göz təbəqələrindəki dəyişikliklər araşdırılıb.
Araşdırmada gündə 3 fincan və daha çox kofeinli qəhvə istehlak edənlərdə göz təbəqəsini mühafizə edən bağların zəifləməsi və göz təzyiqinin artması məlum olub.
Çay, isti şokolad və ya qazlı sular kimi tərkibində Ardı »