Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaQidanı az çeynəmək diabetə səbəb olur

Qidanın diqqətlə və uzun müddət çeynənməsi nəinki təkcə həzm problemlərindən, eləcə də diabetdən qaçmağa imkan verir. Rusiya KİV-inin verdiyi məlumata görə, bu barədə "The Daily Mail" xəbər verir.
Amma böyük tikələr udaraq sürətlə yeməyə üstünlük verənlər artıq çəki və diabetlə daha tez-tez üzləşirlər.
Litvalı mütəxəssislər 702 nəfərin vəziyyətini araşdırmaqla bu qanunauyğunluğu aşkara çıxarıblar. Onlardan 234 nəfərə diabet diaqnozu qoyulub. Araşdırmanın bütün iştirakçılarından həyat tərzi barədə sual vərəqəsini doldurmaq və çəkisini ölçmək tələb olunub. Alimlər həm də könüllülərin hansı sürətlə yemək yedikləri ilə maraqlanıblar.

Nəticələr birmənalı olub. Belə ki, əgər insan sürətlə yeyirsə, o, 2-ci tip diabet risk qrupuna düşür. Litvanın Tibb Universiteti ekspertlərinin sözlərinə Ardı »

Qidalanma və DietaKişilər üçün faydalı qidalar

Sağlamlıq problemlərinin həlli həyat tərzinin vacib elementlərindən və düzgün qidalanmaqdan aslıdır. Qadınlarda olduğu kimi kişilərdə də düzgün qidalanma vacibdir. Bildiyimiz kimi, faydalı meyvə və tərəvəzlər, çərəzlər, balıq və balıq məhsulları və s. qidalar kişilər üçün xeyirlidir. Bundan əlavə avokado, şokolad, müxtəlif çərəzlər, somon balığı, ananas, qoz-fındıq, sarımsaq da istəyə uyğun istifadə edilə bilər.
Avokado
Məlumata görə avokado tərkibində olan fol turşusu ilə bədəndəki zülal miqdarını sürətlə artırır və bədənin enerjiyə olan təlabatını ödəyir. Kalium sayəsində həm qadınlarda həm də kişilərdə libido artırıcı xüsusiyyətlər yaradır.
Şokolad
Kişilərə faydalı hesab olunan qidalardan biri şokoladdır. Şokolad, serotonin və dopamin hormonlarını qüvvətləndirərək cinsi istəksizlik probleminin həllinə kömək edir. Xüsusilə Ardı »

Qidalanma və DietaVücudumuzdakı yağların əriməsini sürətləndirən 6 qida

Qreyfurt
Araşdırmalar müntəzəm olaraq yemək zamanı qəbul edilən yarım qreyfurt və ya 150 ml qreyfurt şirəsinin 2 həftədə 2 kq arıqlamağa səbəb olduğunu ortaya çıxarıb. Qreyfurtda olan aşağı səviyyəli qlukogen sayəsində insulin və xolesterolun səviyyəsi aşağı düşür. Qreyfurtda olan inositol təbii şəkildə yağları əridir və acı tamlı maddə metabolizm prosesini sürətləndirərək yağları asan şəkildə parçalaya bilir.

Yaşıl çay
Yaşıl çayın xərçəng xəstəliyinə qarşı təsiredici xüsusiyyəti məlumdur. Bundan başqa, metaboliz prosesi sürətləndirərək bədəndəki yağların əriməsini də təmin edir. Yeməkdən sonra içilən 1 fincan yaşıl çayın faydasını qısa zaman kəsiyində görmək mümkündür. Hər gün qəbul edilən 5 fincan yaşıl çay 70-80 kalorinin azalmasına səbəb olur.

Az yağlı Ardı »

Qidalanma və Dietaİftar sonrası sərinlədən içkilər

İftar sonrası sizi sərinlədən ən gözəl içki əlbəttə su hesab olunur. Amma suyun xaricində immunitetinizi gücləndirəcək, özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək və xəstəliklərdən qoruyacaq bir neçə variant var.
Yaşıl Çay
Flavonoid və polifenollar kimi təbii və güclü antioksidantları olan nadir bir bitkidir. Osteoporoz, ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin qarşısının alınmasında təsirlidir. Ayrıca məzmunundakı fluoride sayəsində diş sağlamlığını qoruyur. Maddələr mübadiləsini canlandırır. Yaşıl çayı isti içə biləcəyiniz kimi buzlu, limonlu, darçınlı və qərənfilli içməniz də mümkündür.
Nanəli ayran
Ağrı və kramp aradan qaldırıcı, həzmi tənzimləyici, mədə bulanmasına qarşı faydalı bir bitki olan nanə yeməklərin həzm edilməsinə də sürətləndirici təsirə malikdir. Yeməklərdən sonra nanəli bir Ardı »

Qidalanma və DietaBalı süd və çayla qarışdırmayın

İllərdən bəri balın insan sağlamlığına çox xeyirli bir qida maddəsi olduğu haqda söhbətlər var. Tərkibində faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal adətən bir enerji və şəfa mənbəyi kimi qəbul edilir. Lakin qida dəyəri çox yüksək olan bu məhsulun düzgün qəbul qaydasını bilmək vacibdir. Araşdırmalar göstərir ki, bal +43 dərəcə istiliyə məruz qaldığı halda tərkibindəki bütün faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallar öz keyfiyyətini itirir yəni isti çay və ya südə qarışdırılaraq içilən balın heç bir faydası olmaz bunu əvəzinə ilıq süd və ya çaya qatılaraq içilən bal daha faydalı olur.
Bununla yanaşı balın soyuducuda saxlanılması da onun Ardı »

Qidalanma və DietaQırmızı qabda yemək arıqlamağa kömək edir

Qırmızı rəngli qablarda qidalanmaq arıqlamağa səbəb olur.

Medvesti.com saytının verdiyi məlumata görə, alman və isveçrə alimlərinin araşdırmaları bu qənaətə gəlməyə əsas verib.
Alimlər hesab edir ki, qırmızı rəngli qablarda qidalanan insanlar 40% az qida qəbul edir.

Alimlərin fikrincə, qırmızı rəng insanlarda təhlükəlilik ideyası assosiasiayası yaradır. Təcrübə qırmızı fincanda çay içən tələbələr üzərində aparılıb.
Qırmızı fincanda içənlər o birilərdən 44 % az içib.

Bundan əlavə, 109 nəfərə qırmızı qablarda yemək verilib. Qırmızı qablarda yemək yeyənlər qidanı az qəbul ediblər. Ardı »

Qidalanma və DietaBeyni gücləndirən qidalar

Beyinin güclənməsində qəbul etdiyimiz qidaların da çox böyük rolu vardır.
ABŞ-da yayımlanan Men’s Health jurnalında Dr. Tom Gilhoolynin zehin açan qidalar haqqında araşdırması yayımlanıb.

Soya: Oksigen ifrazını artıran soya yaddaşı gücləndirir. Soya südü ya da soyalı yeməklər fiziki və psixoloji zəifliyin qarşısını alır.

Yumurta: D vitamini deposu olan yumurta hüceyrələrin öz-özünü yeniləməsini təmin edir və beyinin fəaliyyətini gücləndirir.

Çiyələk: Antioksidant və C vitamini mənbəyidir. Yaş artdıqca zəifləyən beyinin funksiyalarını tənzimləyir.

Çay:Tərkibindəki flavonoidlər sayəsində beyinin elastikliyini qoruyur və fəaliyyətini artırır.

Qırmızı ət: Dəmirlə zəngin olan qırmızı ət, xüsusilə uşaqlarda zəka səviyyəsini yüksəldir.

Üzüm suyu: Qısa və uzun müddətli yaddaşı qüvvətləndirir. Amma şərab eyni təsirə malik deyil.

Sardina: Tərkibi selenlə zəngin Ardı »

Qidalanma və DietaQəhvə baş agrılarını azaldır

Bu içki baş ağrıları zamanı 40 faiz daha yaxşı nəticə göstərir.
Qəhvənin asılılıq yaratdığı aparılan araşdırmalar nəticəsində bəlli idi. Amerikada aparılan araşdırma isə onun faydalarını üzə çıxarıb.
Bəlli olub ki, bir fincan qəhvə baş ağrısı, qaraciyər və mədə problemlərinə qarşı faydalıdır.

Xərçəng
Yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidantlar var. Bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına mane olur. İmmuniteti gücləndirir.

Baş ağrıları
Qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi maddələr var. Bu xüsusiyyətinə görə qəhvə ağrıkəsicilərlə müqayisədə baş ağrılarında 40 faiz daha təsirli nəticə göstərir.

Beyinin oyanması
Qəhvə diqqətin cəmlənməsinə kömək edir. İnsanın özünü daha gümrah hiss etməsinə səbəb olur. Aparılan eksperimentlər məktəblilərin az miqdarda Ardı »