Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Azərbaycanın Milli Qəhrəmanları (kitab)

Haqqında[redaktə]
Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur.

"Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu səbəbdən, böyük zəhmət bahasına başa gələn bu kitabı vərəqləməyin özü oxucuda qürur hissi doğurur.

"Azərbaycanın Milli Qəhrəmanları" kitabının 2005-ci ildə işıq üzü görən ilk nəşrində 1988-ci ildən bəri torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan xalqımızın 209 qəhrəman övladı barədə məlumatlar dərc edilib. Ardı »

Azərbaycanın müharibələri‎Səlim bəy Behbudov - Həbsi

Deyəsən, istedadı, çox dil bilməsi, tanınması başına bəla olmuşdu. Son vaxtlar dövlət təhlükəsizlik orqanlarının əməkdaşları da onunla yaxından maraqlanır, bu üstün cəhətlərinə görə öz işlərinə cəlb eləmək istəyirdilər. Hətta bu barədə Səlim bəyə bir neçə dəfə təklif də olunmuşdu. Lakin təpədən-dırnağa kimi əsl bəy olan bu vüqarlı kişi bu işə qol qoymamış, hökumət adamlarına qətiyyətlə və açıq şəkildə kəskin cavab vermiş, onları hər yerdə ifşa və rüsvay eləmişdi. Səlim bəyin bu hərəkəti dövlət təhlükəsizlik orqanları əməkdaşlarını bərk hiddətləndirmişdi. Ona görə də keçmişdə bəy olmasını, xarici ölkədə ali təhsil almasını bəhanə edərək onu hökumətin gözündə şübhəli şəxs kimi qələmə verdilər və izləməyə Ardı »

Azərbaycanın müharibələri‎Əli Eyvazov (pedaqoq) - Fəaliyyəti

Fəaliyyəti[redaktə]
Əli Eyvazov Ağdamın Sarcalı (Çəmənli) kənd məktəbində tarix müəllimi işləmiş, həmin məktəbin direktoru olmuşdur. Əli Eyvazov 15 ilə yaxın Ağdam Xalq Maarif Şöbəsinin, 10 ilə yaxın Jdanov (Beyləqan) Maarif Şöbəsinin müdiri olmuşdur. O, fasiləsiz olaraq 25 ilədək müddətdə Ağdam 2 saylı beynəlmiləl orta məktəbinə rəhbərlik etmişdir.

Moskvada şəxsən M.İ.Kalinin təqdimatı ilə Azərbaycan üzrə ilk "Qırmızı Əmək Bayrağı Ordeni" ilə təltif edilmişdir (1934). O, Ağdam və Jdanov rayonlarında partiya komitələrinin büro üzvü,rayon icraiyyə komitələri rəyasət heyətinin üzvü olmuşdur.

Əli Eyvazov müxtəlif medallarla təltif edilmiş, "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür.

Əli Eyvazov 1989-cu ildə Ağdamda vəfat etmişdir.

Əli Eyvazov Azərbaycan üzrə ilk orden alan müəllimdir. Ardı »

Azərbaycanın müharibələri‎İbiş Məmmədov

Həyatı[redaktə]
İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olub[1].

1988-ci ildə Qafan şəhərində mitinq keçirən erməni ekstremistləri:

""Mamedov, gəl bizə qoşul, Qarabağı Azərbaycandan qoparaq""
— deyəndə, İbiş cavab verib ki, mən Azərbaycanın oğluyam, Qarabağ da Azərbaycan torpağıdır. Onu Şəhidlər xiyabanına aparan yol da o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu.

Doğma Bakıda fəhlə işləyirdi. Tale İbişə həmişə sərin üz göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə, 20 yaşında evlənib. Doqquz il övlad payı gözləyib. İndi də belə... O müdhiş gecə Salyan qazarmasının yanında olub.

Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hövsan qəsəbəsində adına küçə var Ardı »

Azərbaycanın müharibələri‎Mahir Hüseynov

Həyatı[redaktə]
Mahir 1975-ci il sentiyabrın 19-da Quzanlı kəndində anadan olub. 1993-cü ıldə orta məktəbi bitirəndən sonra qısa bir müddətdə kolxozda çalışıb. Həmin il oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyinin ilk aylarını əvvəlcə Bakıda, sonra Qusarda - təlim düşərgəsində keçirib.

1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qurub əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə bölgəsinin bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib,işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib.

1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə minaatan qəlpəsindən həlak olub.

Təltifləri[redaktə]
Azərbaycan Respublikası Prezidentinin fərmanı Ardı »

Azərbaycanın müharibələri‎Vətən mənə oğul desə (film, 1996) - Məzmun

Məzmun[redaktə]
Filmdə Azərbaycanın milli qəhrəmanı, çavuş Etibar İsmayılovun Azərbaycan torpaqlarının erməni qəsbkarlarından qorunması və döyüş dostlarının həyatını xilas etmək üçün düşmən tankının altına atılaraq, onu məhv etməsindən, igidlik və şücaət göstərməsindən danışılır.
Azərbaycan əsgərləri ordumuzun tarixində ilk dəfə belə qəhrəmanlığın şahidi olmuşdur.
Film haqqında[redaktə]
Film Ağcabədi Pambıq Zavodunun sifarişi ilə çəkilmişdir.
Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Rejissor : Ramiz Əliyev
Ssenari müəllifi : İsi Məlikzadə
Operator : Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi)
Səs operatoru : Vladimir Savin
Sponsor[redaktə]
Ağcabədi Pambıq Zavodu Ardı »

Azərbaycanın müharibələri‎Canavar balası (film, 1997) - Məzmun

Məzmun[redaktə]
Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl(İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi(Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır...
"Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir. Ovçu Yusif kişi Ardı »

Azərbaycanın müharibələri‎Məleykə Səma

Həyatı[redaktə]
Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur.

Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb.

1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, 2-ci Fəxri xiyabanda dəfn edilibdir.

Məleykənin arzusu[redaktə]
Məleykənin anası Sona xanımın dediklərindən: Məleykənin ömrünün son günləri idi, Ardı »