Azərbaycanın müharibələri → Ağdərə rayonu - Əhalisi və Ərazisi
Əhalisi[redaktə]
Ağdərə rayonu Şuşanı çıxmaqla Dağlıq Qarabağda ən çox azərbaycanlı yaşayan rayon idi. İşğala qədər Ağdərinin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.
Ərazisi[redaktə]
Səthi əsasən dağlıq, şərq hissəsi isə dü-zənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır. Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə Ardı »