Azərbaycanın müharibələri → Rizvan Hümbətov
Həyatı[redaktə]
1 yanvar 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur[1]. 1971-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidmətini 1975-ci ildə başa vuraraq Laçın rayon avtobazasında sürücü kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə Laçın rayonunun könüllü özünümüdafiə dəstəsinə qoşulmuşdur. Rota komandiri Rizvan Hümbətov Malxələf, Susuzdağ, Qızartı, Koridor və digər döyüşlərdə xüsusi fərqlənmişdir. 8 oktyabr 1992-ci ildə Güləbirdə soxulmuş qulduların qovulmasında və 822 saylı düşmən tankının ələ keçirilməsində onun əvəzsiz rolu olmuşdur.
1992-ci il oktyabrın 31-də Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qalmışdır.
Təltifi[redaktə]
Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr Ardı »