Azərbaycanın müharibələri → Firudin bəy Aslanbəyov
Əmiraslan bəyin doqquzuncu oğlu Firudin bəy 1863-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Sarıcalı-Quzanlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi.
Firudin bəyin Quzanlı kəndində ikimərtəbəli evi vardı. Təəssüflər olsun ki, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsində bişmiş qırmızı kərpicdən tikilmiş ikimərtəbəli hündür və yaraşıqlı otaqları olan bir bina baxımsız və sahibsiz qaldığından uçmaq təhlükəsi ilə üzləşib. Binanın döşəmələri palıd ağacındandır. Qədim sobanın heç qiyməti yoxdur. Deyilənə görə, iki əsrə yaxın tarixi olan bu möhtəşəm və əzəmətli binanı Qarabağın tanınmış, adlı-sanlı bəylərindən olan Firudin bəy tikdirib.
Qəsəbə sakini - 76 yaşlı Zeynal Həsənov deyir ki, gözümü açıb bu binanı belə Ardı »